Sizə səmimi deyim hələ o zamanlar "AİR 3"dən qeydiyyatdan keçəndən sonra ətrafımda ən yaxınlarımın belə bu məsələyə münasibəti mənfi idi. O zaman nə az nə çox 200 azn əmək haqqı alırdım. Özüm özəl ali məktəbdə ödənişli oxuyurdum, eyni zamanda 200 azn-lik kursa qeydiyyatdan keçmişdim. Cəfəngiyyat kimi görünür! Evdə, işdə, universitetdə hamının ciddi tənqidi ilə üz-üzə idim və düşünürəmki eynisilə sizin də qarşılaşma risqiniz yüksəkdir.




-A kişi mən elə çox adam görmüşəm bunlar hamısı pul tələsidi (Qardaşım)


-200 manata bir dəst qəşəng kostuyum al gey əyninə kurs nəyə lazımdır ki? (Anam)


-200 manata 10-15 dənə biznes ədebiyyatı alıb oxuya bilərsən, guya onlar sənə kitabdan çox şey öyrədəcəklər? (Atam)


-Onsuz da sən iqtisadiyyat oxuyursan kursa niyə o qədər pul xərcləməlisənki? (Tələbə yoldaşım)



Əlbətdə ki, ətrafımızdakı bir çoxları həqiqətən bizim yaxşılığımız üçün verirlər öz məsləhətlərini, amma insanın bütün hallarda bir öz fikrinin olması çox önəmlidir. Qardaşım o vaxt bəzi forex kurslarına az pul xərcləməmiş əldə etdiyi isə bir şey olmamışdı. Yadıma gəlir kurs olan günləri işdən bir az tez çıxmaq üçün icazə almalı olurdum hər dəfə. Bir gün müdürüm eşidəndə ki bu kursa 200 manat pul xərcləmişəm mənə gülmüşdü. Çox uzatmadan qısa olaraq yazımın bu hissəsini yekun cümlə ilə sonlandırmaq istəyirəm: Bilgi üçün heç bir zaman xərcləməkdən çəkinməyin, faydası sizə bir gün daha çox pulla dönəcəkdir. Ətrafdan məsləhət almaq yaxşı əlamətdir, dostdan tanışdan soraqlaşmaq. Amma ən gözəli məncə araşdırın, təşkilatçılar haqqında oxuyun, haqlarında yazılanları, nələri yazdıqlarını araşdırın. Nəticədə siz marketinqlə maraqlanırsız və yaxşı ya da pis marketoloq ən azından araşdırmalıdır. Məndə o vaxtlar bir az araşdırdım... İlk öncə kimi dinləyəcəyimi düşündüm. Adamların ciddi dərəcədə işgüzar olduqları qərarına gəldim. Onlardan biri o zamanlar "Embawood"un Marketing direktoru, birisi "Azgranata" şirkətinin vitse-prezidenti, digəri isə həmçinin ölkədəki ən böyük parfümeriya mağazalar şəbəkəsinin marketinq direktoru idi. Bu məni "AİR"çi olma yoluna aparan ilk addım oldu... Söhbəti çox uzatmadan sizə AİR haqqında bir-iki fikir bildirmək istəyirəm.



AİR sizə nə verəcəkdir:



-Təşəbbüskarlıq və Enerji... Burada əsas məsələ üzə çıxır. Qarşınızdakı kimdir? İnanın ki, universitetdə İqtisadi fənnlərdən dərs deyən müəllimlərdən, sizə başqalarının uğur hekayəsini danışan natiqlərdən tamam başqa cür olur bir biznes adamının sizlə söhbəti.



-Bir biznes mühiti və əlaqələr formalaşdırır. Bu məqamda İlkin müəllimin seminarlarından birində sözün əsl mənasında "AİR"in misyasını açıqladı. "Hər halda sizinlə burada toplaşmağımızın ən əsas səbəbi özümüz üçün tərəfdaşlar tapmaqdır. Bəlkə aranızda kimsə var ki, bizim gücümüzə güc qata bilər, hansınızlasa gələcəkdə bir yerdə işləyə bilərik, bir - birimizə dəstək ola bilərik və.s"



-Sizin üçün gələcək fəaliyyətinizdə lokomativ rolu oynayır. AİR sayəsində siz həmçinin nəyi hardan araşdıracağınızı, oxuyacağınızı, necə öz üzərinizdə işləyə biləcəyinizi öyrənəcksiniz.



-Yerli bazarın ritmini tutacaqsınız. Ən azından marketinqlə ötəri belə olsa maraqlananlar bilir ki, işdə ən əsas şey yerli bazarın tədqiq edilməsidir. Anar, Rafiq, İlkin müəllim sizə öz işlərində hansı çətinliklərin hansı uğursuzluqların olduqlarından danışacaqlar. Və sizi əmin edirəm bir gün kiçik belə olsa bir biznesiniz olduqda onlardan öyrəndiklərinizin nə dərəcədə əhəmiyyətli olduğunu anlayacaqsınız.



Tövsiyyəm



-Hər şeyi öyrənməyə çalışmayın, hər şeyi qeyd etməyə çalışmayın. Sadəcə sonacan diqqət halında dinləyin söhbətlərin məğzini tutmağa çalışın. Önəmli hissəsini alın gerisini ixtisar edin. Bir dəfə bir iştirakçının "təəssüf ki, sizin dediklərinizin yanlız 60-70%-ni ancaq yadımda saxlaya bilirəm" sözünə A.Bayramov "hamısını əzbərləmək kimi bir məcburiyyətiniz yoxdur, siz sadəcə anlamağa çalışın" demişdi. Əslində bu bizim tədris sisteminin problemindən yaranır. Çünki gərək məktəbdə gərəksə də Universitetdə daim əzbərləməyi, olduğu kimi yadda saxlamamızı öyrədirlər. Bu isə bilginin mənimsənilməsinin önəmini azaldır. Sadəcə qiymət almaq üçün oxuyan bir yığın lazımsız adamlara çevrilirik. "AİR"də isə praktiki komanda çalışmaları ilə bilginin nə demək olduğunu anlayacaqsınız. Məhz "AİR"in praktiki Marketinq təlimləri olaraq adlandırılması təsədüfi deyildir. Sonda bəlkə də deyəcəksiniz ki, guya sənə nə qazandırdı harda idin indi hardasan? Qısa olaraq deyərdim ki, mən kiçik biznes sahibiyəm, sadə desək obyekt işlədirəm və çox az belə olsa özümü uğurlu sayıramsa da bunda "AİR"in konkret olaraq pay sahibi olduğunun bilincindəyəm.



Sonda "AİR"ə qatdığı dəyərlərdən ötəri bir daha öz minnətdarlığımı bildirirəm. Var ol AİR!