Şokolad markası "Nestlé KitKat" 100% davamlı kakaodan istehsal olunan ilk qlobal şokolad oldu. Uzun illər Chelseadə bir zamanlar isə Qalatasarayda oynayan "Fildişi Sahili"nin məşhur futbolçusu Didier Drogba da davamlı kakao istehsalı üçün həyata keçirilən "Nestlé Kakao Planı"nın üç cığırı olan daha yaxşı əkinçilik, daha yaxşı kakao və daha yaxşı həyatı açıqlayan dörd filmdən birində rol aldı. "Nestle Kakao Planı"da əkinçilik ilə məşğul olan insanların həyatını yaxşılaşdırmağı və kakao keyfiyyətini artırmağı hədəfləyir.



Marka, istər "Fil Dişi Sahili"ndəki əkinçi icmalarını, istərsə də məhsullarının keyfiyyəti baxımından cəmiyyət və ətraf üçün davamlı dəyər yaratmağa böyük əhəmiyyət verir. Didier Drogba filmdə, "Nestle"nin, səhiyyə və təhsil sahələrində yoxsul sayılan Fil Dişi Sahili vətəndaşlarına dəstək olan "Didier Drogba Fondu" ilə həyata keçirdiyi yeni ortaqlığı izah etdi. Nestlé, bu yeni tərəfdaşlıq çərçivəsində Drogbanın Fil Dişi Sahilində doğulduğu bölgə olan "Gagnoa"da bir dövlət məktəbi də inşa edəcək. Drogba, "Fondumun Nestlé ilə həyata keçirdiyi ortaqlıqdan qürur duyuram. Bu, Fil Dişi Sahilindəki uşaqların təhsili və həyatında bir fərq yaratmağa davam edəcək" deyə vurğulayıb. Kampaniya, "KitKat"ın sahib olduğu YouTube, Twitter, FacebookInstagram kanalları üzərindən qlobal miqyasda istifadə ediləcək bir sıra zəngin sosial media məzmunu ilə də gücləndiriləcək. Kakao Planı çərçivəsində uşaq işçiliyinin qarşısını almaq məqsədi ilə uşaqların təhsilinə dəstək verən Nestlé bu günə qədər Fil Dişi Sahilində inşa etdiyi 40-dan çox məktəb ilə 10.000-dən çox uşaq və gəncə yardım edib.