Türk Hava Yolları xidmət keyfiyyəti, müvəffəqiyyətli reklam kampaniyaları, səs gətirən sponsorluq və doğru strategiyalarla qlobal bir marka olmaq yolunda sürətlə irəliləyir. Keçdiyimiz aylarda 2016-ci ilin maraqla gözlənilən istehsallarından biri olan "Batman v Superman: Ədalətin Şəfəqi" filminə sponsor olan THY, Gotham CityMetropolisi virtual uçuş şəbəkəsinə əlavə etdi. Hətta reklamı gerçək hesab edənlər bu şəhərlərə bilet almaq üçün "THY"nı axtarmışdı. Sponsorluq razılaşması isə təşkil edilən mətbuat konfransında filmin embleminin yer aldığı Boeing 777 – 300ER tipi təyyarə ilə elan olunmuşdu.



Beş il ardıcıl olaraq Avropanın ən yaxşı hava yolu şirkəti seçilən və "Youtube"da son 10 ilin ən çox izlənilən reklamı ünvanını qazanan THY, bu sponsorluq razılaşmasıyla marka dəyərini bir üst səviyyəyə daşıyacaq kimi görünür. 1930-cu illərdən bu yana çizgi roman və filmlərdə yer alan "Batmobile"i İstanbula gətirən THY, avtomobilin rəsmi daşıyıcı sponsoru olaraq onu Turkish Cargo ilə dünyanın müxtəlif yerlərindəki təşkilatlara aparacaq. 20 Martda New Yorkda baş tutan filmin qalasından sonra İstanbula gətirilən Batmobile, 3-cü körpü olan Yavuz Sultan Səlim körpüsündən simvolik bir keçid edərək İstanbulun təqdimatına əlavə dəyər qatacaq.



THY bütün bunlarla kifayətlənməyərək təyyarə içi təqdimat fəaliyyətlərini də davam etdirir . Filmin yayıma girməsi ilə uzun mənzilli ABŞ uçuş xəttlərində (Boston, New York, Washington DC, Chicago, Miami, Los Angeles, San Francisco və Houston) sərnişinlərə Batman v Superman mövzulu menyular, maskalar, sərnişin baxım çantaları paylamağa başladı. Sərnişinlər tərəfindən olduqca bəyənilən bu hədiyyələr indidən eBayda satışa çıxarıldı. Filmin logo və şəkillərinin yer aldığı bu hədiyyələrdən əlavə, sərnişinlərə Batman və ya Supermanin logosunun əks olunduğu kiçik tortlar da ikram edilir. "THY"nın filmlə əlaqədar sosial media kampaniyalarını #flytogotham və #flytometropolis həştəqi ilə Twitter və Facebook sosial şəbəkəsindən izləyə bilərsiniz.