Mitsubishi Motors yapon şirkətinin avtomobilləri yanacağa qənaət testini keçmədi. Belə ki, şirkət yanacaq sərfi testini saxtalaşdırmışdır. Bunu avtoistehsalçı özü boynuna aldı. Bu məlumata bazar dərhal reaksiya verdi və nəticədə şirkətin səhmləri 20 % rekord minimuma qədər düşdü. Şirkət test zamanı tələb olunduğundan daha az hərəkət müqaviməti göstəricisindən istifadə etmişdir. Bundan başqa, Yapon qanunvericiliyinə uyğun olmayan test metodlarından istifadə olunmuşdur.



Şirkət 625 min avtomobilin yanacaq sərfi göstəricilərini qəsdən azaltmşdır. Qeyd edək ki, bu avtomobillərin 468 min-i Nissan Corp üçün Mitsubishi Motors tərəfindən istehsal olunmuşdur. Nəticədə Nissan və Mitsubishi 4 model avtomobillərin (eK Wagon və eK Space, həmçinin, Dayz və Dayz Roox) satışını dayandırmağı qərara aldı. Yaponiya höküməti Mitsubishi-yə pozuntular haqqında ətraflı hesabat təqdim etmək üçün aprelin 27-dək vaxt verdi.