Alman şirkəti "Adidas" və Roman Abramoviçin futbol klubu sponsorluq razılaşmasını vaxtından altı il əvvəl ləğv etmək barədə razılığa gəliblər. Bu London komandasına 50 milyon avroya (57 milyon dollar) başa gələcək.



Məlumatda deyilir ki, qərar tərəflər arasında birgə qəbul olunub. Tərəfdaşlıq gələn ilin iyunun 30-da başa çatacaq.




Xatırladaq ki, Adidas 2006 ildə “Çelsi”nin sponsuru olmuşdur. Müqavilənin bir hissəsi kimi, şirkət klubu idman paltarları ilə təmin edirdi. 2013-cü ildə, "Adidas" və "Çelsi", müqavilə müddətini 10 il, yəni 2023-ci ilə qədər yenilədi.



Müqaviləyə vaxtından əvvəl xitam verilməsi “Çelsi”yə "Adidas"ın rəqibləri ilə yeni müqavilə bağlamağa imkan verəcək. Bu da öz növbəsində alman şirkətinə idman komandaları ilə əməkdaşlığın azaldılmasını nəzərdə tutan biznes planın həyata keçirilməsinə imkan verəcək.



Bir həftə əvvəl məlum oldu ki, Adidas biznesini qolf oyunçularının xidmətinə yönəlmiş restrukturizasiyasını keçirməyə qərar verib.



Şirkət qolfçular üçün firma ayaqqabı və geyim istehsalçısı kimi öz mövqeyini gücləndirmək niyyətindədir, lakin qolf topları və digər avadanlıq və ləvazimatlar istehsalı seqmentindən çıxmağı planlaşdırır.



Qeyd edək ki, “Çelsi” rus milyarderi Roman Abramoviçə məxsusdur. 2003 ildə o, klubu 233 milyon dollara əldə etmişdir. Ən bahalı futbol komandaları içərisində “Çelsi” (Forbs-a görə) yeddinci yeri tutur.