Bu hər halda ən qısa yazım, və ya ən qısa yazılarımdan biri olacaq. Hər ay üçün məqalə yazarkən, müşahidələrimə əsasən yazıram demək olar ki. Yəni, ya axtardığım, bəlli bir zamandır zehnimdə özümdən soruşub cavab tapmağa çalışdığım bir suala o cavabı taparkən, ya da, davamlı aldığım suallara görə, və yaxud da, aldığım məktublardakı şikayətlərə dayanaraq seçirəm mövzunu və başlayıram yazmağa.



Bu yazıda da, son günlər facebook səhfəmdə keçirtdiyim bir sorğu zamanı qısa söhbətlər etdiyim insanların əksəriyyətindən oxuduğum şikayətlərə görə yazmağa qərar verdim. Bu şikayətlər motivasya ilə bağlı idi.



Bunun əlbətdəki bir çox səbəbləri, və fərqli həll yolları var. Hərkəs üçün faydalı olacaq və işə yarayacaq bir metod təklif etmək yanlış olar. Amma, buna baxmayaraq hərkəsin həyatlarına tədbiq edəcəkləri zehni yanaşmalar əlbətdə ki, vardır. Bu gün bunlardan birini təklif etmək isdəyirəm. O da, “AOHE” dir.



“AOHE” açıqlaması belədir: Asan Olsa Hərkəs Edərdi.



Motivasya problemi yaşayan insanlar adətən hədəfləri olan insanlardır. Və hədəf də, dəyərli bir şeydir mütləq. Və təxmin edin nə? Dəyərli hər bir şey, asanlıqla deyil, çətinliklə gəlir. Yəni əgər dəyərli bir şeyi əldə etmək, ona çatmaq istəyirsinizsə daim xatırlayacaqsınız ki, bu çətin olacaq. Hətta düşündüyünüzdən daha çətin. Çətin olmasaydı, hərkəs bunu əldə edərdi. Və dəyərli olmasının səbəbi də, hərkəsin deyil, az sayda insanın əldə etmiş olmasıdır bunu. Buna görə də, bu reallığı danıb, gözardı edib, arzuladıqlarının asanlıqla sənə gələcyini ümid edib daha sonra xəyal qırıqlığı yaşamaqdansa, öncədən bu mental qaydanı qəbul etmək lazımdır ki, problemlərlə üzləşəndə onların bizi əzməsi yox, onları əzib, üzərindən keçib xəyalımızdakı zirvələrə qalibiyyət bayrağımızı sanca bilək.



Qısa və konkret dostum, nə zaman ki, zəifsən, tənbəl sən, indiyə kimi olan sən çətinlikdən, krizislərdən, problemlərin çoxluğundan, təkrarlanan uğuruszluqdan gileylənməyə başlasan bunu deyəcəksən özünə, bəlkədə bağıraraq deyəcəksən ki, öz-özünü yaxşı eşidəsən.



“AOHE” Asan Olsa Hərkəs Edərdi. Bunu dedikdən sonra isə, mütləq mən digərlərindən daha güclüyəm düşüncəsi ilə özünü bəyənmişliyə qılmayıb, kibirlənməyib özün olaraqdan maksimum əmək, intensiv fokus, aqressiv icraatla davam edəcəksən yoluna.



Əgər əksər insanların çətin dediklərinə səndə çətindi deyəcək və sadəcə çətin olduğu üçün vaz keçəcəksənsə o zaman elə hər kəs kimi nəticələr əldə edəcəksən. Ancaq, fərqli nəticələr əldə etmək, xəyallarına uzaqdan baxmaqla yetinməyib, o yüksəkliklərə ayaq basmaq, xəyallarının everestinə zəfər bayrağını sancmaq istəyirsənsə o zaman sənin üçün nə çətindir deyə, deyinmək, gileylənmək, şikayət olmayacaq, olsa da bunlara görə vaz keçmək deyə bir şey lüğətində, zehnində, planların arasında əsla özünə yer tapa bilməyəcək.



Unutma “AOHE”.