13 iyun tarixində Region TV-nin “Media Radar” verilişinin qonağı idik. Dostumuz İsmayıl Həsənovun aparıcılığı ilə təxminən yarım saat ərzində ölkəmizdə internet reklamları, internet saytlar, milli brendlərimizin sosial şəbəkələrdə aktivlikləri haqqında söhbətləşdik. Mənimlə birgə qonaq kimi New-Media şirkətindən Rasim Davudov da iştirak edirdi. Fikirlərinin əksəri ilə razı olmasam da, razılaşmadığım məqamlar da az deyildi.




Çox ətraflı şərhə ehtiyac duymadan verilişi tam olaraq aşağıda izləyə bilərsiniz.



P.S. Bu arada məndə olan məlumata görə Region TV hazırda ən çox istinad göstərilən mənbədir. Fürsətdən istifadə edib bütün komandanı təbrik edirəm. İnşallah gələcəkdə Region TV ilə maraqlı işlərimiz olacaq. Bizi izləməyə davam edin.