Salam dostlar. Bu gün sizlərlə dönyanın ən böyük texnologiya və startup event-lərindən olan “The Next Web Conference 2016 Amsterdam” haqqında və orada gördüklərimi paylaşacağam. Bəzilərinizin bu tədbirdə iştirakımla bağlı artiq məlumatınız var idi və olmayanlar üçün isə bildirmək istərdim ki, mən bu tədbirə Facemark sayəsində qatıldım. Tədbir 26-27 May ayında Amsterdamda baş tutdu və zaman qıtlığından bu yazım bugünə qismət oldu. Bu vəsilə ilə Facemark kollektivinə bu möhtəşəm və öz aramızda qalsın necə deyərlər babat bahalı tədbirə qatılma şansı verdikləri üçün bir daha təşəkkürlərimi çatdırıram. Necə deyərlər, yediklərim içdiklərim mənim olsun indi isə sizə gördüklərimdən danışım.



Ay qa bu “The Next Web Conference” deyirlər ee, o nədir elə?



Hörmətli və çox dəyərli həmkarlarım, Bundan tam 10 il öncə, 2006-cı ildə Boris və Patrick adlı iki təşəbbüskar öz yeni startup-larını showcase etmək üçün event axtarışına çıxırlar və axtardıqları event-i tapa bilmədikləri üçün bu möhtəşəm tədbiri təşkil etmək qərarına gəlirlər. Beləliklə, 2006-cı ildə ilk tədbirləri baş tutur. Şirkət tədbiri hər il müntəzəm olaraq New-York və Amsterdamda təşkil edir. Üzərində 500 insanın işlədiyi, 2.3 km uzunluğunda işıqlandırmanın istifadə edildiyi “The Next Web Conference 2016 Amsterdam” bu gün bir öncəki ildən üç dəfə daha böyük bir tədbirdir və tədbirin ilk günü #TNWeurope hashtag-i ilə sosial mediada günün dünya “Trend Topic”ləri arasına girməyi başarmışdır. Sloganlarını isə “ Sharing is Caring” olaraq bəlirləmişdilər. Tədbirin əsas partnyorları hamınızın yaxşı tanıdığı Microsoft və almaniyanın ən böyük telekom şirkətlərindən T-Mobile idi. Əlavə məlumat üçün söyləyim ki, Almaniyada qatıldığım bir tədbir sayəsində T-Mobile əsas ofisi olan Bonn ofisini bir günlük gəzmək və onların HR müdirləri ilə söhbət etmək şansım olmuşdur. Söyləməliyəm ki, bu şirkət istər xidmət keyfiyyəti, innovativliyi, istərsə də iş ortamı çox maraqlıdır və sevərək çalışa biləcəyim şirkətlər sırasındadır.



Tədbirin ümumi contenti nədən ibarət idi?



Tədbir iki gün boyunca 5 eyni anda davam edən panel, 150 spiker və hər gün üçün 4 workshopdan ibarət idi. Tədbirin öncəsində olan təxminlərə görə 3500 iştirakçı olması gözlənilməsinə rəğmən 5000 civarı bir iştirakçı var idi və məni təəccübləndirən məsələ o oldu ki, gözlənənin 40%-ə qədər üstündə qatılım olmasına rəğmən məkan baxımından heç bir sıxlıq və ya neqativ bir hal yaşanmadı. Panellər sırası ilə, Digital İnnovation, Entrepreneur, Growth Acceleration, Disruptive Machines, Collaborative Economy idi. İki gün üçün də demək olar ki, zamanımın ən böyük qismini iki panel, Digital İnnovation və Enrepreneur-da keçirdim və çox əyləncəli, bilgi dolu və pozitiv söhbətlərin şahidi oldum. Bunlardan əlavə, tədbir boyunca iki tent-də 80-ə qədər startup-ın stendi var idi və onlara yaxınlaşıb asanlıqla öz şirkətləri ilə bağlı bilgi ala bilirdiniz və hətta İsveçdən olan bir startup CEOsu mənə yaxınlaşıb müxtəlif suallarla Facemark.az və ölkəmiz haqqında müəlumatlar aldı və 30 dəqiqə davam edən söhbətimizin sonunda çox məmnun olduğunu və Bakını tezliklə ziyarət etmək istədiyini də dilə gətirdi (bu arada adama Bakını elə bir anlatdım ki, gözləri doldu qardaşın, qorxuram sabah Bakıya köçsün və ömür boyu məni söysün). Tədbirdə baş tutan və mənə ən maraqlı gələn “PR Strategy Workshop”unun moderatoru və PR.co şirkətinin CEOlarından biri Stefan Fountain ilə bir müsahibə etmək şansım oldu və bununla bağlı növbəti yazımda geniş məlumat ala biləcəksiniz.



Hansı Spikerlər mənə maraqlı gəldi?



  • Peter Sunda (The Priate Bay həmtəsisçisi) öz təqdimatında “First Why then How” modeli ətrafında danışdı. Onun sözlərinə görə, günümüzdə şirkətlər və şəxslərin biznesdə uğursuz olma səbəblərinin ən önəmli amillərindən biri odur ki, onlar hər hansı bir ideyaya sahib olduqları zaman ilk öncə onu necə edəcəkləri barədə düşünürlər və etdikdən sonra niyə ettiklərini düşünməyə başlayırlar. Bir işi necə edecəyin önəmli məsələdir ancaq, niyə etmək istədiyin daha önəmlidir. İnsanlar bizneslə məşğul olduqları zaman onları maraqlandıran ən önəmli sual “necə daha çox qazanmaq olar?” olur ki, bu da onlara o işi nə üçün ettiklərini unutdurur. Onun danışdıqları mənə bizim məşhur “kəmiyyət, keyfiyyət” məsələsini xatırlatdı və onun təqdimatı boyunca onu zövqlə dinlədim.


  • Bill Buxton (Principle Researcher, Microsoft). Sözün düzü AzTV demişkən, cənab Buxton-un təqdimatı öncəsi çox həyacanlı idim və bu təqdimatı səbirsizliklə gözləyirdim ki, təqdimat zamanı Microsoft’dan gözlədiyim performanı ala bilməsəm də bu mənə normal gəldi. Çünki son zamanlar Microsoft-dan çoxlarımız gözlədiyimiz performansı ala bilmirik JCənab Buxton vurğulayırdı ki, onlar insan olmağı texnologiyadan üstün tuturlar və insanların mobilliyini, mobil telefonlara tərcih edirlər. Əslində, Microsoft-un çalışmalarından da bu strategiyanın qoxusu buram-buram gəlir. Bu arada, Bill “Don’t confuse being connected and communicated” deyərək də net surfing bağamlılarına da göndərmədə bulunmağı ihmal etmədi J.Ümumi olaraq bu təqdimatda Microsoft-dan gözləntilərimi qarşılamasam da, maraqla dinlədiklərimdən oldu.


  • Gillian Tans (CEO, Booking.com) zamanının böyük bir qismini Booking.com ilə bağlı statistikalar verərək keçirtsə də, bu sizə heç də sıxıcı gəlməsin. Çünki eşitdiyim statistikalar məni çox təəccübləndirdi və bu təqdimat zövqlə dinlədiklərimdən oldu. On bir nəfərlə yola başlayan Booking.com, bugün Amazon-dan sonra e-business-də ikinci sıradadır və gündə bir milyon müştəriyə xitmət edir. Bu rəqəmlər özlüyündə kifayət qədər böyükdür və bütün salonu “knockout” etməyə kifayət edir. Bu arada, rəqəmləri eşidən kimi beyninizdə şirkətin “annual income”ını hesabladığınızı görürəm və sizə yardım etmək üçün deyim ki, hər bir xidmət üçün 15% komissiya alırlar J. Bu sıralamada birinci olmaq istərdinizmi? sualına “əsas hədəfimiz bu deyil ama bizi buna layiq görsəniz rədd etmərik” deyərək ikinci zərbəni vuran Gillian xanım söhbətinə son verərək salonu tərk edərkən, avropalı qardaşlarımız da sizlər kimi salonu uğultuya boğan bir səslə bu şirkətin gəlirini hesablamağa davam edir. Onlar da unudurlar ki, bir neçə sətir öncə Peter qardaşımız “nə qədər qazandığınızdan daha önəmlisi, bu işi niyə gördüyünüzdür” demişdi.


Bu yazımda sizlərlə “The Next Web Conference 2016 amsterdam” həyəcanımı paylaşdım və sizin dəyərli zamanınızı çox almamaq üçün əlimdən gəldikcə qısa və öz tutmağa çalışdım. Aşağıda tədbirdən çəkdiyim fotoları paylaşacağam. Ümid edirəm yazdıqlarım xərclədiyiniz zamana dəymişdir. Düşüncələrinizi mənimlə və yazımı maraqlandığını düşündüyünüz dostlarınızla paylaşmağı unutmayın. #TNWeurope’un da dediyi kimi “Sharing is Caring”.