Bir çoxlarınız keçən il ADA universitetində keçirdiyimiz "Digital Marketing Conference 2015" tədbirində iştirak etmisiniz. Etməmisinizsə, mütləq səhifəyə keçib, tanış olun. Keçən il 400 nəfərədək həmkarımızla birlikdə ADA universitetində toplaşıb, ilk rəqəmsal konfransı etdik. Tədbirdə həmtəsisçimiz Rafiq Hunaltayın Facemark yazarlarının məqalələrindən ibarət "Bugünün marketinqi" kitabının, instagramdan şəkilləri çap edən "boxx" aparatının təqdimatı keçirildi. Qısacası, dolu-dolu faydalı bir gün keçirdik.
Bu il beynəlxalq təcrübəyə və bir neçə yeniliyə yer verəcəyik. Bu yazımın məqsədi Sizə dəqiqləşdirdiyimiz yeniliklər haqqında məlumat verməkdir. Beləliklə, buyurun:
- #DMC2016 layihə koordinasiyasını Günel Muradzadə öz öhdəsinə götürdü. Günel xanımı Marketing AIR, MMF-dən tanıyırsız, bu o deməkdir ki, hər şey əla olacaq! :)
- Bu il təkcə yerli spikerlər deyil, onlarla bərabər xarici spikerlər də öz təcrübəsini paylaşacaq. Keçən il açılış nitqimdə dediyim kimi, Facemark.az dünya üzrə 130-dan çox marketinq tədbirin media tərəfdaşıdır. Facemark komandamız (Rafiq Hunaltay, Babək Musazadə, Nicat Əhmədov, Nümrəddin Hüseynov, Qəmzə Pirazi) sayəsində hər biri ilə xoş münasibətlərimiz yaranıb. Marketinqdə bilirsiz də, önəmli olan münasibətdir! Bu il onlarla danışıqlar aparırıq ki, tədbirimizdə qonaq edək. Hələki, Youtube, Socialbakers, Garanti Bank və Red Keds agentliyindən nümayəndənin iştirakını nəzərdə tutmuşuq. Facebook söz vermirik, amma çox çalışacağıq! Tədbirədək əlavə və dəyişikliklər ola bilər, bu hazırda müzakirə edilmə mərhələsindədir. Əsas odur ki, beynəlxalq və lokal təcrübə olacaq!
- Panellər bu ilin rəqəmsal trendlərinə uyğun qurulacaq. Sentyabr ayında Sizə tam hazırlanmış proqram təqdim edəcəyik. Nəzərdə tutmuşuq ki, bu il panellərdə 1 moderator, 3 spiker və 1 stand-up tipli çıxış edəcək sərbəst spiker olsun. Sərbəst çıxış edəcək spiker, təcrübəsində işlətdiyi keyslərdən deyil, daha çox həyatımızın dijitallaşmasından, yeni texnologiyanın bizə təsirindən, sosiallaşmaqdan danışacaq. Yəqin mənimlə razılaşarsınız ki, 8 saat dəqiq keys dinləmək insanı yorur, bu yorğunluğun olmaması üçün biraz da sosiallaşan digitaldan danışıb istirahət edəcəyik.
- Saytımızı bu dəfə 3 dildə yeniləcəyik. Hələlik Azərbaycan, rus və ingilis dili. Beynəlxalq media iləəməkdaşlıq etmək niyyətindəyik. İstəyirik ki, konfransımız dünya mediasında işıqlansın. Gələcəkdə daha böyük işlər görüb ölkəmiz üçün faydalı olaq!
- Qeydiyyat sistemimiz onlayn olacaq. Artıq girişdə növbə olmayacaq, onlayn qeydiyyatdan keçib, rahat-rahat gəlib keçəcəksiniz.
- Bu il də DMC-ə özəl yeni kitab hazırlanacaq. Yerli marketinq mütəxəssəsislərimizin təcrübəsindən ibarət yeni kitab hazırlayırıq. Facemark yazarları, Sizi aktiv olmağa dəvət edirəm! 01.09.2016 tarixinədək Facemark-da dərc edilən, təcrübədən bəhs edən seçilmiş yazılar kitabda yer alacaq.
- Yeni maarifçilik məsuliyyətini öz üzərimizə götürəcəyik. Rəqəmsal marketinq üzrə təcrübəmizi paylaşacağımı yeni platforma yaradırıq. Böyük məsuliyyətdir, öhdəsindən gələcəyik!
Digər yenilikləri növbəti yazımda paylaşacam. Bu yolda bizimlə birgə addımlamaq istəyən, sualı, təklifi, şikayəti olan, tərəfdaş olmaq istəyən hər kəs Günel xanıma, gunel.muradzade@facemark.az ünvanına tərəfdaşlıqla bağlı müraciət edə bilər.