Dünyaca məşhur We Are Social – digital marketing sahesində sözünü demiş platformardır. 2016 ili üçün həyata keçirdiyi statistik araşdırmalarda, təəssüf ki, Azərbaycan yoxdur. Lakin Azərbaycan haqqında statistik göstəricilərə keçmədən öncə dünyada nələr baş verir onlara baxaq.



Global Web Index’in əldə etdiyi data’sına əsasən hazırlanan hesabata görə dünyada 3,419 mlyrd insan internete qoşulur, 2,307 mlyrd istifadəçi aktiv şəkildə sosyal medyada iştirak edir. 3,790 mlyrd mobil cihaz istifadəçisinin 1,968 mlyrd isə sosyal medyaya mobil cihazlarla qoşulur. Sosial media istifadəçilərinin böyük hissəsi mobil cihazlarla qoşulması 2016 və sonrakı illərin Mobil Erası olacağından xəbər verir. Odur ki, marketoloqlar mobilə köklənin.



Socialbakers.com saytından aldığım göstəricilərə əsasən Azərbaycanın sosial mediadakı göstəricilərini araşdırdım. Sosial Media Kanallarına görə ən fəal və yüksək göstəricilərə sahib səhifə və insanlar.



İlk olaraq Facebook’da fərqlənənlər haqqında yazmaq istəyirəm.



Facebook’da Azərbaycan üzrə ümumi region üzrə ən populyar səhifə “BizimYol” 1.864 mlyn like sayı və ən reytinqli səhifədir. Onu 1NEWS.AZ və Axsam.az səhifələri izləyir.





Səhifənin organik layklarının ödənişli layklardan az olduğu müşahidə edilir.





Maraqlıdır Brazilyadan 100.000 insan bizim ölkənin xəbərləri ilə niyə bu qədər çox maraqlanır. Böyük ehtimal organik olmayan layklardır. Səhifənin post başı layk sayı da azdır.



Brand olaraq baxdıqda ölkə miqyasında ən reytinqli səhifə Romantic’ə aiddir. Onu Azercell və Bakcell izləyir.





Səhifənin Azərbaycandan olan layk sayı çoxdur, ama organik layk sayı azdır. Səhifədə post başına layk sayı 100-400 arası olur. Şərh bildirmə çox passivdir. Content management zəifdir. Sadəcə məhsulların şəkillərindən ibarətdir, buzz efekti yaradacaq və səhifədə istifadəçiləri aktivləşdirəcək strategiya tətbiq edilmir.





Məşhurlara da nəzər yetirdim. Burada isə birinciliyi Röyanın səhifəsi qoruyur.


Onu Emin Music və Elka izləyir.





Elka səhifəni nə üçün Azərbaycanda rəsmiləşdirib anlamadım.





Səhifənin fanlarına baxdıqda isə





Türklər demiş, bu işdə bir iş var.



Nə isə, keçək öz məhləmizə, Röya Official məşhurlar arasında zirvədədir.





Səhifənin organik layk sayı çoxdur, məlum məsələ Roya fanları az deyil. Post başına layk sayı 1000-5000 arasıdır.



Kommunikasiya səhifələrinə baxdıqda isə aşağıdakı kimi göstəricilərlə qarşılaşdım:





Görünən odur ki, sevgi məhəbbət məsələsi əsas kommunikasiya mənbəyi olub Azərbaycanda.


Yox, önyargılı fikir yürütməyək, səhifənin fan sayısına baxdıqda isə bu mənzərə çıxdı qarşıma





Ən çox layk sayı Ukraynadan gəlib səhifəyə.



Əyləncə səhifələri içərisində ən reytinqli səhifə DayTube olub Azərbaycanda. Onu isə CinemaPlus ve Park Cinema izləyir. Ama aralarında böyük fərq vardır.





Səhifənin ölkələr üzrə fan sayı isə qəribədir:





Azərbaycanda ən çox check in edilən AVM’lərə baxdıqda isə:





Park Bulvar birinciliyi qoruyur, onun ardınca MegaFun və Metropark oldu. Səhifələr arasındakı layk fərqi o qədər də kəskin deyil.



Park Bulvar’ın səhifəsini ölkələr üzrə fan sayı göstəriciləri belədir:





Azərbaycandan çox olması yerli müştərini hədəf ala bilməsi baxımından müsbət göstəricidir. Lakin səhifədə post başına layk sayı çox azdır. Və səhifə demək olar ki “ölüdür”!



İctimai səhifələrə baxdıqda isə reytinq göstəriciləri belədir:





Ən çox layk sayı ATU, sonra isə Asan Xidmət və prezidentimiz İlham Aliyev səhifələri izləyir.



Bu da ATU səhifənin ölkələr üzrə fan sayı göstəriciləri:





Görünür Pakistan bizdəki tibb təhsili ilə çox maraqlanır.



İdman sahəsində isə göstəricilər belədir:





Iqtisadchi Baku reytinqdə zirvəni qoruyur, onun ardında The European Games və Baku City Circuit izləyir.



Müşahidə etdiyim qədərilə, belə qənaətə gəldim ki, Azərbaycanda hələ də organik bəyənmə sayı yüksək göstəricisi olan səhifə azdır. Sosial Media idarəsində çatışmazlıqlar çoxdur, bunu isə digər ölkələrdəki göstərici və trendləri izləməklə aradan qaldırmaq olar.



Sonrakı statistik xəbər “Azərbaycan Twitter’də” olacaq. Hələlik!