Whatsapp nə edir ki, milyardla marka dəyəri qazanır. Facebook nə üçün 19 mlyrd birdən göz ardı edib Whatsapp’ı satın alır? Bütün bu suallar yəqin bir çoxunuza da maraqlıdır. Böyük başlıqlarla xəbərlər görürük, heç bir reklam verməyən, internetdən pulsuz enidirilən bir app üçün niyə bu qədər çox pullar sayılır?
Bu sualların cavabları əslində əksəriyyətimizin oxumadığı İstifadəçi Şərtlərində yazılıb. Buyurun ətraflı aşağıda.
Mövzuyla bağlı Sequoia Capital şirkəti “Whatsapp’ın marketingə bir qəpik belə xərcləmədiyini və ABŞ’da bu qədər böyüyüb, xarici ölkələrə də çatan və böyük kütlə tərəfindən istifadə edilən başqa bir teknolojik şirkət yoxdur” demişdi.
Whatsapp ilk çıxdıqdan 1 il sonra $0,99 istifadə haqqı alır. Son 2015 Yanvar ayı statistikasına görə 700 mlyn istifadəçisi var. Hesablasaq ki, hər istifadəçiyə $1 haqq alınır bu 700 mlyn dollar edir, yenə Facebook’un 19 mlyrd dollar dəyəri kompensasiya edə bilmir. Bu məbləği də artıq almır. Bəs nə üçün Facebook bu qədər pulu bir kommunikasiya app üçün xərclədi?
Əvvəlcə istəyirəm Whatsapp haqqında yazım. 1992-ci ildə dünya sms ilə tanış oldu, 2010-cu ildə isə bu pullu, kontur aparan sms’lər yerini Whatsapp’a verdi.
Whatsapp’ı sabiq Yahoo! əməkdaşları Brian Acton və Jan Koum tərəfindən ABŞ’da Kaliforniyada Santa Clara şəhərində qurulmuşdur. 2010 Yanvar ayında yükləməyə çıxarılan və qısa müddətdə populyarlığa qovuşmuşdur. Whatsapp üzərindən həyata keçirilən sms-ləşmə 2013-cü ildə %75 artdı. Bir maraqlı məlumat da çatdırım, Brian Acton 2009-cu ildə Twitter’ə iş üçün müraciət edir, qəbul olunmur, həmin il Facebook’a da müraciət edir, lakin ora da qəbul edilmir. Və ukraynalı dostu Jan ilə birlikdə Whatsapp’ı qurur və 2013-cü ildə Facebook’a 19 mlyrd dollara satır.
Whatsapp ictimaiyyətə açıq bu platforma olmadığı üçün qazanc və xərcləri haqqında heç bir yerdə məlumat vermir. Ən son Forbes’də 20 mlyn gəlir əldə etdiyi bildirilmişdi. Bəs illik 20 mlyn gəlir edən və heç bir reklam verməyən bir app üçün Facebook niyə 19 mlyrd dollar xərc çəkdi? Əslində bütün bu sualların cavabı Whatsapp’ı endirdikdən sonra İstifadəçi Şərtlərində yazır. Qısaca desək, Facebook bu qədər bulu istifadəçilərin məlumatları üçün verdi. Əlavə olaraq, Whatsapp şərtlərində lazım gəldikdə bu məlumatları ABŞ dövlətinə verə biləcəyini də bildirir. Ümumilikdə, 11 word səhifəsindən ibarət olan bu şərtləri istifadəçilər əksərən oxumadığı üçün atladığı bir çox maddələr var.
Şərt 1. “Whatsapp məlumatlarınızı nə zaman paylaşar?” başlığı ilə bu məlumatlar verilir:
“Müəyyən məzmunlu məlumatlar, servislər, reklamlarda düzgün mesaj çatdırılması strategiyaları öyrənilməsi üçün üçüncü şəxslə paylaşıla bilər. Qanunlar əsasında dövlətə və federal qurulmarla paylaşıla bilər.
İzahı: Burada reklamlarda düzgün mesaj strategiyası üçün – deyildikdə sizin demographic xüsuiyyətləriniz (yaşınız, cinsiyyətiniz, gəliriniz) və davranış indexləri üçün məlumatlar nəzərdə tutulur.
Şərt 2. Şirkət “Birləşmə, Satış və yaxud da İflas edildiyi zaman” başlığı altında isə bütün məlumatların satılan və təslim edilən şirkətə veriləcəyini bildirir.
Şərt 3. Burada isə programın istifadə qanunları bütünlüklə ABŞ qanunlarına tabe olduğu və ABŞ istəmədiyi və terrorizm dəstəkləyən ölkələrdə bu programın istifadəsinin qadağan olduğu haqqda məlumat verilir. Bundan başqa ABŞ ilə ticarətin qadağan edildiyi ölkələrdə də programın istifadəsinə izn verilmir.
Şərt 4. Şirkət ABŞ xaricində yaşayan insanların programı istifadə etməsi zamanı belə yenə ABŞ qanunlarını qəbul etmiş olduğunu bildirir. Whatsapp səhifəsi və Servisi ABŞ’dadır və fərqli insanların data’sının toplanması, istifadəsi, ifşası və regulyasyonu qanunları olan Avropa Birliyi, Asiya və digər bölgələrdən Kaliforniya qanunlarına tabe olması Whatsapp səhifəsini və xidmətini istifadə etməyə davam edərək bu Gizlilik Politikası və Xidmət Şərtlərini daxilində şəxsi məlumatlarınızı ABŞ dövlətinə transfer etdiyini və bu transferi qəbul etdiyinizi, onların qanunlar çərçivəsində istifadə ediləcəyindən məlumatınız var.
Bu il End-to-end Encryption (Ucdan uca şifrələmə) ilə də məlumatların şifrələnərək transferi təmin edildi. Bunu hackerlərin məlumatları əldə etsələr belə şifrələri oxuya bilməməsi üçün etdilər. Onu da deyimki, bunun üçün ayrı vaxt və güc tələb olunduğu üçün telefonun charge daha çox istifadə edir və sms trafiki biraz ləng baş verir.
Onu da bildirim ki, bu end-to-end Encryption Türkiyədə terror hadisələri zamanı başladılmışdır.