Məlum məsələdir ki, Facebook alqoritma dəyişikliyi etdikdən sonra “organic reach” 50% qədər azaldı. News Feed’də yer almaq olduqca çətinləşdi. Bir postu isə bir neçə dəfə paylaşmaq da olmur. Spam, spam, spam…
Facebook markaları məcbur reklam verməyə sövq edir.
Bəs bu alqoritmanın “zövqünü oxşayan” nələrdir?
- engagement. Kontent paylaşanın əvvəlki kontentləri nə qədər populyardır (şərh, bəyəni, paylaşım)
- kontentin keyfiyyəti. Kontent, onu görənlər arasında nə qədər populyardır
- kontentin növü. Paylaşılan kontent əvvəlki kontentlərlə nə qədər əlaqəlidir
- kontentin yeniliyi. Paylaşdığınız kontent unikal deyilsə, ilk paylaşılanlardan olmalıdır.
Yuxardakılar nəzərə alınmaqla News Feed’də yer almaq daha rahat olar.
Həmçinin mətnə daha az yer verin, vizual və link paylaşın. Bu gündə 2 l. su içmək kimi vacibdir.
Facebook kontent kralı olmaq üçün 80/20 prinsipinə sadiq qalın.
Paylaşdığınız kontent izləyicilərinizin 80% nin ortaq maraq dairəsinə uyğun olmalıdır. Son zamanlar səhifələrin əksəriyyəti “Pokemon Go” oyununu öz brendləri ilə asossasiya etməyə çalışırlar. Kredit içində boğulan birinə sizcə bu lazımdır? Bu “Ali və Nino” brendinin İphone satması kimidir. Bir çoxları sual edir ki, bu qədər tənqidlərə baxmayaraq niyə hələ də ayaqdadır sualına cavab: Çünki alternativləri yoxdur. Yadıma Kapitalizm haqqında deyilən ” Bu əlimizdə olan pis sistemlərin ən yaxşısıdır” nikbin yanaşması düşdü.
Bu arada qeyd edim ki, Sosial media meneceri dizayner ola bilər, amma bunun tam əksi mümkün deyil. Onsuzda onlar bu sahəyə Gürcülərin Borçalı azərbaycanlılarına etinadız yanaşması kimi yanaşır. Yani cin ayrı, şeytan ayrı.
Bu halda yaradıcı paylaşımlar ortaya gəlir.
Obyektivlik olsun deyə, bu səhifələri idarə edən digital agentliklər və ya fərdi şəkildə idarə edən SMM-lər barədə informasiya verməyəcəm.
İlk olaraq PASHA Life OJSC . Sigorta xidməti haqqında maraqlı bir yanaşma..
Nöbəti səhifə tədbir təşkilatçılığı ilə məşğul olan Work Organization …
Əvvəlcə Azərbaycana yad, uğurlu reklam filmi ilə diqqətləri toplayan Kreki..
Ümumi səhifə idarəsi ideal saymaq olar.
Online shopping (daha çox geyim kateqoriyası üzrə ixtisaslaşıb) ilə məşğul olan shoppo.az səhifəsi
Buna aid iki kontenti nümunə göstərəcəm. İlki ‘Pokemon Go’ haqqındadır. Hansı ki, Digital bazara baxanda bundan satışa istiqamətlənmiş şəkildə mənfəət götürən nadir paylaşımlardan biridir.
Və nöbəti maraqlı paylaşımları…
Növbəti nümunə BEAT Group üçün gəlsin. Əslində başqa postu paylaşacaqdım. Sadəcə vegeteryan olduğumdan ət və ət məhsullarının təbliğindən yaya deyiləm.
Ümumiyyətlə BEAT Group adı altında cəmləşən brendlərin SMM olduqca peşəkardır.
Beerbaşa kimi
Real-time marketing ilə bir çoxlarına dərs verən 189 TAXI xidmətinin rəsmi Facebook səhifəsi…