İnstagram bu gün elədiyi bir yenilik ilə qəribə bir şəkildə, fərqlilik etmək yerinə bir növ fikir oğurluğu edərək adını tarixə yazdırmış oldu.
Snapchat programını yəqin ki, çox az insan bilir. Snapchat anlıq şəkil/video paylaşımının edildiyi, xüsusilə yeniyetmələr arasında geniş yayılan və bəlli yaş qrupunun üstündə olan insanların daxil olduğu bir sosial medya platformasıdır. Program 2011-ci ilin Sentyabr ayında bazara çıxarılmış, son 2 ildə isə yüksəlmə dövrünə keçmişdir. Programın yaradıcıları isə: Evan Spiegel, Bobby Murphy, Daniel Smith, Leo Noah Katz, David Kravitz
Snapchat programının digər bütün sosial media platformalarında ən təməl fərqi və onu müştərilərin zehnində mövqeləndirən keyfiyyəti onun anlıq mesajlaşma proqramı olmağıdır. Yəni şəkil paylaşılır və qısa müddət ərzində silinir.
Bu insanları daha cəsur davranmağa sövq etsə də, X və Y cərəyanları tərəfindən bir mənalı qarşılanmayıb, Z cərəyanının sürəti sevməyi səbəbiylə onu daha çox maraqlandırıb. Y Cərəyanının son illərində doğulanlar isə bu haşiyədən kənara çıxa bilərlər (qeyd edim ki, burada X, Y və Z cərəyanları üçün nəzərdə tutulan illər, X: 1965-1980, Y: 1980-2000, Z:2000 və sonrası nəzərdə tutulur və bu Amerika standartları nəzərə alınaraq qeydə alınır).
Və bugün açıqlanan xəbərlərdən aydın olur ki, Instagram (Facebook) Snapchatın bu məşhur fərqliliyinə göz dikib və hətta onun tətbiqinə başlayıb. Bu beynəlxalq aləmdə, fikir oğurluğundan başqa bir şey deyildir. Ancaq, gəl gör ki, deyirlər minarəni oğurlayan, örtüyünü də hazırlamışdır. Əminəm ki, bu mübarizədən tərəflərdən kiçik olan daha böyük zərər görəcək ki, məhz bunu hesab etdiklərindən heç bu barədə etiraz da etmədilər. Daha maraqlı fakt isə odur ki, bu Mark Zuckerberg komandasının Snapchat-dan etdiyi ilk “götürmə” deyil.
Facebook Poke-2012-ci ildə Snapchat komandasından götürülüb tətbiq edilən və şəkillərin görüldükdən 10 saniyə sonra itməsi programı idi. Uğursuzluq olması səbəbi ilə ləğv edildi. Slingshot-Dostunun şəklini istəyirsən və o icazə versə şəkli görürsən. Instagram Bolt isə dostlarınla söhbət şəbəkəsi qurabiləcəyin tətbiqetmə idi. Lakin uğursuz olduqda, yenə geri çəkildi, hətta App Store-dan silindi.
Bunlara əlavə olaraq Facebookun Twitterdən #hashtag funksiyasını alması, Periscopeun canlı yayım xüsusiyyətini tərkibinə qatması, Instagram və Whatsapp şirkətlərini satın alması, şirkətin İnnovasiya ilə bağlı probleminin olduğunu da göstərir deyə bilərik.
Bu məsələyə daha sonra qayıtmaq ümidi ilə hələ ki, işin marketinq tərəfinə dəyməyin tərəfdarıyam.
Bildiyiniz kimi, Instagramın 300 Milyondan çox gündəlik istifadəçisi var. Bu insanlar isə qalıcılıq və davamlılıq xüsusiyyətini sevən insanlardır. Profil etibarilə Snapchattin segmentindən fərqli idi. Bunu bir davranış dəyişimi olaraq edirsə, uğurlu bir radikal addım saymaq olmaz. Çünki burada sadəcə var olan funksionallığı biraz daha zənginləşdirmişdir. Əlindəki məhsulun sadəcə bir iki xüsusiyyətini dəyişdirmişdir. Ortaya fərqli heç nə qoymamışdır.
Trendə görə edirsə də, müştəri azalmasına səbəb olmayacağı kimi, müştəri gətirəcəyi qənaətində də deyiləm.Çünki Insstagram platforma olaraq Snapchattan ayrılır. Trend üzərində ediləcək minlərlə yenilik var ikən məhz bu fikrin ortaya qoyulmasının altındakı səbəb məni daha da düşündürür. Amma firmalar üçün, onu deyə bilərəm ki, yenə maraqlı strategiyalar və daha da kreaitv yarışmalar edilərək layihələrə imza atmaq olar. Anlıq görüntü paylaşımı, buna çox münbit və əlverişlidir.
Qayıdaq “götürmə” məsləsinə. Bütün bu götürmələr onu göstərir ki, Facebook şirkət olaraq həyat ömrünün yetişkinlik dövrünə qədəm qoyub. (Bildiyimiz kimi, hər firmanın 4 mərhələdən ibarət həyat ömrü var.
- Mərhələ: Bazara Giriş
- Mərhələ: Böyümə
- Mərhələ: Yetişkinlik
- Mərhələ: Düşüş
Ancaq bu “götürmə”lərin etik tərəfini isə oturub hamımızın yaxşıca düşünməsi lazımdır. Çünki biznes etikası, marketinq əxlaqı bunun qarşısındadır. Hətta, sizə maraqlı bir fakt daha deyim ki, “The Social Network” adlı məşhur filmdə, Mark ZUCKERBERGİN Facebook fikrini də bir başqasından “götürdüyü” işarə edilir.
Od olmayan yerdən, tüstü çıxmaz deyirlər. Görək zaman və müştərilər nə deyəcək?!..