Dostlar, bilirsiniz ki, biz son sürət DMC2016 hazırlıqlarına başlamışıq. Keçən il açılışa özəl 33 yazarın 130 məqaləsindən ibarət “Bugünün Marketinqi” kitabını çap edib satışa çıxardıq. Sevinirəm ki, keçən ilin oktyabrından bu tərəfə satışa çıxardığımız kitabın bugün məndə ancaq 4 ədədi qalıb. Keçən ildən bütün kitab mağazalarında satışda idi. Bəli, bu il də ənənəmizə sadiq qalaraq yenə son 1 il ərzində facemark.az-da yazısı çıxan, öz yazısını göndərən yazarların arasından seçdiyimiz yazıları bir kitabda toplayıb çap edəcəyik. Kitabın budəfəki dizaynını da MMF2016-da etdiyimiz kimi DMC2016-nın korporativ stilinə uyğun edəcəyik. Bu işdə də inşallah Yello-çular bizə kömək olacaqlar. Kitabın adı da elə “Bugünün Marketinqi 2″ olacaq.
Kitabda yazısı olmasını istəyənlər hələ 05 oktyabra qədər facemark.az-a göndərə bilərlər.
Bəli, “Bugünün Marketinqi 2″ kitabında yazılarınızı info@facemark.az mailinə oktyabr ayının 5-nə qədər göndərə bilərsiniz. Aşağıda mən Sizə bu ana qədər kitaba düşən yazarların və yazıların adlarını da qeyd edəcəm. Hələliksə, Sizə bu kitabın əhəmiyyətinin nə olması barədə qısa qeydlər edim:
1) Kitab marketinq sahəsində çalışan, marketinqə marağı olan hər kəs üçün stolüstü kitab ola bilər. Çünki burada 1 müəllifin dəsti-xətti deyil, onlarla müəllifin üslubu var. Mövzular da 1 deyil, onlarladır. Yəni hər kəs bu kitabda özü üçün mütləq şəkildə nəsə götürə bilər.
2) Kitab həm də orda yazısı dərc edilən yazarlar üçün də gözəl PR imkanıdır. Həmin yazarları növbəti ilin sonuna kimi yüzlərlə insan əlavə olaraq kitabdan da oxuyacaq, beləliklə onlar daha çox tanınacaq, öz üzərlərində daha çox işləmək məsuliyyəti hiss edəcəklər.
3) Bu kitab facemark.az təşkilatçılığı və bəndənizin redaktorluğu ilə çıxır. Kitab həm də marketinq sahəsində yazan yazarlarımıza facemark.az-ın hədiyyəsidir.
4) Bu kitab digər bütün kitablardan daha çox praktik olması ilə də seçilir. Çünki Siz burada real keyslərin bolluğundan yaxşı mənada “əziyyət” çəkəcəksiniz. Siz heç bir sırf elmi kitabda bu qədər yerli mühitə uyğun nüanslarla rastlaşa bilməzsiniz. O baxımdan həm də tələbələr üçün göydəndüşmə fürsətdir. Yaxşı haldır ki, artıq il ərzində təşəbbüskarlığı ələ alaraq öz gücümüz hesabına 2-dən çox kitab çıxara bilirik. Bu il də keçən il olduğu kimi DMC2016 günü kitab satışı həyata keçirəcəyik. Daha sonra isə kitab mağazalarından da rahatlıqla əldə edə biləcəksiniz, eyni zamanda oxu.facemark.az-linkindən də pulsuz çatdırılma ilə sifariş verə bilərsiniz.
Bu ana qədər təxmini 70-dən çox yazı hazır vəziyyətdədir. Müəllifləri və yazıları aşağıda qeyd edirəm. Yazılar toplanıb amma fəsillər və mövzulara görə ayrılmayıb. 05 oktyabrdan artıq həm əlavələr ediləcək, həm də son hal olaraq fəsillərə görə tərtib edilib çapa göndəriləcək. Bu barədə növbəti bloqumda kitabın artıq dizaynı ilə birlikdə Sizə məlumat verəcəm. Hələliksə, bu ana olan yazı və yazarlarla tanış olaq:
s/n | Yayımlanma tarixi | Yazar adı | Yazı adı |
1 | 30/11/2015 | Anar Bayramov | Marketerlərin işi necə ölçülür? “KPI”lar necə qoyulmalıdır? |
2 | 01/02/2016 | Anar Bayramov | Biznes konsultantlıq boş şeydir? |
3 | 25/03/2016 | Anar Bayramov | Satış planlaması |
4 | 06/04/2016 | Anar Quliyev | 2016-cı ilin trendləri |
5 | 12/04/2016 | Anar Quliyev | Azərbaycanda 2016-cı il iqtisadi aktivlik trendləri |
6 | 28/06/2016 | Aynur Atabəyli | Meta Fetişizm |
7 | 23/07/2016 | Aynur Atabəyli | Whatsapp necə pul qazanır? |
8 | 08/08/2016 | Aynur Atabəyli | Sosial medianın düzgün idarə edilməsi |
9 | 12/01/2016 | Aysel Cəbrayılova | Niyə bloqerlərlə işləmək lazımdır? |
10 | 18/04/2016 | Aysel Cəbrayılova | Kontent yaradarkən diqqətli olun! |
11 | 01/07/2016 | Aysel Cəbrayılova | Facebook “event” nə üçün lazımdır? |
12 | 15/12/2015 | Elmir Kərimli | Heç mənə lazım da deyil |
13 | 19/01/2016 | Hüseynağa Əliyev | Böhran ödənişli televiziya bazarına necə təsir göstərib? |
14 | 02/02/2016 | Hüseynağa Əliyev | İqtisadi böhran zamanı Marketinq: Təhdidləri imkanlara necə çevirək? |
15 | 30/11/2015 | İlham Ali Yusif | 19 yaşlı kuryer və gənclərə ilk işlə bağlı tövsiyyələr |
16 | 03/12/2015 | İlham Ali Yusif | Qədir ağacı – daxili kommunikasiya haqqında bir neçə kəlmə |
17 | 01/07/2016 | İlham Ali Yusif | Hamı bir nəfər kimi, bir nəfər isə öz bildiyi kimi |
18 | 25/03/2016 | İsmayıl Vəliyev | Boşan ki, uğulu olasan |
19 | 19/04/2016 | İsmayıl Vəliyev | Şəxsi performans dəyərləndirməsi və özümüzü ifşa etmə sənəti |
20 | 11/12/2015 | Malik Rəşidov | İclasların faydası varmı? |
21 | 16/11/2015 | Murad Məlikov | Uğurlu telefon danışıqları üçün – təcrübə |
22 | 23/11/2015 | Müşfiq Şiralıyev | 1000000’luq Viral |
23 | 25/01/2016 | Müşfiq Şiralıyev | Reklam?! “Pofiq” |
24 | 05/02/2016 | Müşfiq Şiralıyev | “Google”da indekslənmə |
25 | 02/08/2016 | Müşfiq Şiralıyev | Facebook’un kontent kralları |
26 | 04/01/2016 | Müşfiq Zərbəli | Gələcək mütləq gələcək! |
27 | 03/02/2016 | Nicat Manafov | İnkişaf məlhəmi |
28 | 08/02/2016 | Nicat Manafov | Startup təşəbbüskarlığına inam, böhrandan xilasdır |
29 | 14/03/2016 | Nicat Manafov | Banklara borc və intihar |
30 | 30/03/2016 | Nicat Manafov | Kiçik sahibkarlar ixracatı necə etsin? |
31 | 05/11/2015 | Numrəddin Hüseynov | Qoxu üzərindən Marketinq |
32 | 29/02/2016 | Numrəddin Hüseynov | Xanımlar və alış-veriş davranışları |
33 | 20/11/2015 | Orxan Rzayev | Azərbaycan gənci şəxsi inkişafı üçün bu gün nə etməlidir? |
34 | 08/12/2015 | Orxan Rzayev | Gəncliyində aktiv həyat tərzi keçirənlərin qazandığı 4 şey |
35 | 12/01/2016 | Orxan Rzayev | Azərbaycanda bloq yazmaq – dəlinin divarla danışması kimidirmi? |
36 | 17/03/2016 | Pərviz Əzimov | Google Analytics 360 Suite nədir? |
37 | 13/07/2016 | Qələndər Məmmədli | Texnologiya və Müştəri Davranış Paradiqması |
38 | 15/12/2015 | Rafiq Hunaltay | Bakının kitab mağazaları – Kim Kimdir?!!! |
39 | 23/12/2015 | Rafiq Hunaltay | “Xalqların və kütlənin psixologiyası”na aid daşdan keçən 21 fikir |
40 | 19/02/2016 | Rafiq Hunaltay | Xoşbəxt olmaq istəyirsən?! OL DA, daha vaxtımızı niyə alırsan!!! |
41 | 03/03/2016 | Rafiq Hunaltay | Azərbaycanda və dünyada reklam bazarı tendensiyaları (I hissə) |
42 | 14/03/2016 | Rafiq Hunaltay | 70 milyonluq Azərbaycan reklam bazarında kimin nə qədər payı var?! |
43 | 30/03/2016 | Rafiq Hunaltay | Azərbaycanda reklam agentliyində niyə uzun müddət işləmirlər?! |
44 | 06/06/2016 | Rafiq Hunaltay | 3B1D metodu |
45 | 17/06/2016 | Rafiq Hunaltay | Şorun fəlsəfəsi |
46 | 25/06/2016 | Rafiq Hunaltay | Şirə bazarı haqqında nələri bilməliyik? |
47 | 28/06/2016 | Rafiq Hunaltay | Məhsul yerləşdirmədə buraxılan səhvlər |
48 | 04/07/2016 | Rafiq Hunaltay | İş mühitində lider-menecer balansı |
49 | 13/07/2016 | Rafiq Hunaltay | Əsl oxucu kimdir? |
50 | 13/07/2016 | Rafiq Hunaltay | “Üzrün günahından betər” keysi üzərindən Real-time müştəri məmnuniyyət(sizliy)i - |
51 | 2016-07-14 | Rafiq Hunaltay | İnsanın telefona çevrilməsi |
52 | 27/07/2016 | Rafiq Hunaltay | Şirkəti onun sahibindən çox sevənlər. Nə qədər səmimiyik?! |
53 | 29/07/2016 | Rafiq Hunaltay | Enerji içkiləri VS İdman içkisi – səhv düşəndə yerimiz |
54 | 02/08/2016 | Rafiq Hunaltay | Azərbaycan reklam bazarı 2016-cı ilin I yarısında |
55 | 05/08/2016 | Rafiq Hunaltay | Çağrı mərkəzləri haqqında nələrə diqqət etməliyik?! (I hissə) |
56 | 08/08/2016 | Rafiq Hunaltay | Çağrı mərkəzləri haqqında nələrə diqqət etməliyik?! (II hissə) |
57 | 12/08/2016 | Rafiq Hunaltay | Marketoloq ucuz və keyfiyyət arasında qalarsa |
58 | 29/08/2016 | Rafiq Hunaltay | Dəyişək, yoxsa dəyişdirək?! |
59 | 03/12/2015 | Ruslan Süleymanlı | Müsəlman etikası və marketinqin ruhu |
60 | 17/12/2015 | Ruslan Süleymanlı | Merçendayzinq ilə satışlarınızı artırın – 3 |
61 | 09/12/2015 | Samir Kərimov | Azərbaycanda mobil bankçılıq |
62 | 30/12/2015 | Samir Kərimov | 2015-ci ilin ən çox danışılmış xəbərləri |
63 | 21/11/2015 | Səbuhi İsazadə | Sağlam rəqabətin əlamətləri |
64 | 13/07/2016 | Səbuhi İsazadə | Bank da bir dükandır, sadəcə pul satır |
65 | 07/01/2016 | Səfər Aslanov | Dövrlər və Davranışlar |
66 | 15/04/2016 | Səfər Aslanov | Əndrabadi Marketinq |
67 | 30/05/2016 | Səfər Aslanov | Böhranda 3İ Modeli |
68 | 12/01/2016 | Tehran Abdurrahimov | Sən “döyərsən”, yoxsa “CV”in ? |
69 | 21/01/2016 | Tehran Abdurrahimov | 3-ü 1 arada çox bahalıdır, böhran var, siz 2-si 1 arada ilə davam edin |
70 | 04/02/2016 | Tehran Abdurrahimov | 2016 üçün İşə Qəbul Trendləri |
71 | 29/04/2016 | Tərlan Ələkbərov | İnsanlar niyə paylaşır |
72 | 11/01/2016 | Tofiq Ağayev | Yerli bazarda real-time marketing |
73 | 18/01/2016 | Tofiq Ağayev | Dövlət strukturlarımızın facebook aktivliyi |
74 | 26/02/2016 | Vaqif Abbasov | Influencer Marketing nədir? |