Gartner şirkətinin tədqiqatında bildirilir ki, Mobil telefon vasitəsilə dünyada istifadəçilərin etdiyi əməliyyatların həcmi 2012 ilin sonuna kimi $171,5 milyard təşkil edəcək ( keçən ilin $105,9 milyard ilə müqayisədə).
Rusiyada bu göstərici bir qədər aşağıdır və təxminən 20 milyard rubl təşkil edir. Yerli mobil operatorlar əmindirlər ki bu seqment bu il də 100% artacaq.
Gartner şirkətinin tədqiqatında qeyd edildiyi kimi, mütəxəssislər mobil ödənişlərin dünya bazarında $105,9 milyarddan $171,5 milyarda qədər, yəni 61,9% artmasını gözləyirlər.
Bundan əlavə bu ilin sonuna kimi dünyada mobil sazişlərin sayı bu ilin sonuna kimi 212,2 milyon təşkil edəcək ki,bu da 2011-ci il ilə müqaisədə 51,7 milyon saziş daha çoxdur. Lakin orta hesabla, Gartner analitiklərinin gözləmələrinə görə, bu say 6,5dollardan - 8 dollara qədər bir saziş üçün artacaqdır.
Gartner şirkətinin tədqiqatları üzrə direktor Sendi Şen-in sözlərinə görə : "Biz 2016-cı ilə daha böyük artım gözləyirik.'’ Biz 2016-cı ilə $617 milyard qədər artım və 448 milyon istifadəçidən daha çox mobil pul köçürmələri proqnozlaşdırırıq. Bazarın daha da çox möhkəmlənməsinə səbəb olacaqdır ".
Elektron ticarətin yerli bazarında bəzi ekspertlərin də qeyd etdiyi kimi, 2011-ci ildə Rusiyada mobil sazişlərin həcmi bir aya 2 milyard rubl təşkil edirdi ( ildə təxminən $0,8 milyard) ki, bu da təxminən 0,84% dünya bazarın ümumi həcminə bərabərdir.