Adidas
Adidasın mənasının “All Day I Dream About Soccer” olduğunu düşünürsünüzsə, yanılırsınız. Markanın adı əslində şirkətin qurucusu Adolf Dasslerin ləqəbi olan “Adi” ilə soyadının ilk üç hərfinin birləşməsindən əmələ gəlib.
GAP
Jean firması olaraq 1969 ildə qurulan Gap – ingiliscə “generation gap” olmaqla nəsil fərqi anlamına gələn sözdən alınır. Kəlimənin özlüyündə tərcüməsi isə boşluq, məsafə deməkdir.
Häagen-Dazs
Häagen-Dazs danimarka dilinə bənzəsə də elə deyil. Häagen-Dazs qurucusu Reuben Mattus Danimarka ilə heç bir əlaqəsi olmayan Polonyalı bir yəhudidir. Mattus bu adı diqqət çəkmək üçün uydurduğunu söyləyir. Bəli, Häagen-Dazs-ın heç bir anlamı yoxdur.
Nike
Nike yunan mifologiyasında zəfər tanrısının adıdır.
Gatorade
Gatorade Florida Gators futbol komandasının oyunçuları üçün yaradılmışdır. Oyunçuların həddindən artıq isti havada oynamalırını təmin edirmiş.
j. Crew
Ralph Laurenin Polo markası ilə yarışmaq üçün yaranan Crew adına, J hərfi qulağa xoş gəldiyi üçün qonmuşdur.