Facebook’un әn ucuz və әn çox seçim imkanı verən reklam kanalı olması inkaredilməzdir. Mәsәlәn, әrazi üzrә limitlәmә funksiyası vasitәsilә (Location/Drop Pin) Xәtai metrosunun yanındakı kiçik bir Tәdris Mәrkәzi reklamlarını yalnız qonşularına göstәrә bilir. Və ya uşaq geyimi satan mağaza sahibi şəhərdəki 7 yaşadək uşağı olan analara reklamını göstərə bilir. Amma Facebook’da reklam verdikdə mütləq effektli olacağını və sizə müştəri/gəlir gətirəcəyini gözləmək yanlışdır. Çünki Facebook’un Reklam paneli həddən artıq geniş və qəliz bir mövzudur və onun haqda qalın bir kitab yazmaq olar (Amma kitab hazırlanıb bitənədək orada yazılanların bir qismi artıq köhnəlmiş mövzular olacaq. Ona görə bu kimi mövzuları bloqlardan oxumaq ən yaxşısıdır).
Bu yazıda mənim son bir neçə ildə araşdırdığım və istifadə etdiyim effektiv metodlardan 3’ü ilə tanış olacaqsınız.
Reklamları effektiv etmәyin 3 yolu:
1. Paylaşımın aşağısındakı “Boost” düymәsilә deyil, “Ads Manager” panelindәn reklam yaradın. “Boost” düymәsi pulu kifayәt qәdәr olan vә özünü yormaq istәmәyәn sahibkarlar üçündür. Cәmi 3 klikә reklamınız hazır olur vә işә düşür. Amma sistem büdcәnizi qәnaәtcil xәrclәmir, auditoriyanızı incәliklә seçmәyә imkan vermir.
“Reklam panelindә” (Ads Manager) isә siz onlarla addımdan sonra reklam yaradırsınız, amma bu panel sizә inanılmaz imkanlar tәqdim edir. Reklam büdcәsinin idarә olunması vә auditoriyanın seçilmәsindә yüzdәn çox seçim imkanı verir ki, bu da nəticənin daha effektiv olmasına yardım edir.
2. Eyni paylaşıma bir deyil, bir neçә reklam yaradın. Әksәr insanlar hansısa postu reklam etmәk üçün onu reklama qoyurlar, vәssalam 10 gün, bir ay, üç ay reklama әl vurmurlar. Onların tәxmini budur ki, bu postu gündә 15 dollar xәrclәyib 7 min adama göstәrirәmsә demәk bu postun göstәricisi elә budur. Bu, çox yanlış fikirdir vә sahibkarların pulunu havaya sovurmasına sәbәb olur. Eyni post üçün müxtәlif seqmentasiyalar etmәklә 3-4 cür reklam kampaniyası yaradın vә görәcәksiniz ki, 15 dollara yaratdığınız reklam kampaniyasının birini 7 min adam görürsə, ikincisini 11 min, üçüncüsünü 15 min adam görür.
Bundan sonra reklamlar arasından әn effektivini davam etdirib, digәrlәrini lәğv edin.
Aşağıdakı şəkildə davam edən reklam kampaniyalarının statistikasını görürsünüz. CPE (Cost Per Engagement) 0.01-0.03 dollar arasında dəyişir. Yuxarıda deyilənlərə əməl etdikdə bu cür effektiv nəticə almaq asanlaşır. Əks halda isə CPE 0.10-0.20 dollaradək qalxır ki, bu da eyni nəticə almaq üçün pulun bir neçə qat çox xərclənməsi deməkdir.
3. Bir neçә şәkildәn ibarәt paylaşımı reklam edin. Mәsәlәn, 7 şәkildәn ibarәt paylaşımı reklam etmәk üçün 10 dollar büdcә tәyin etmisiniz. Eyni mövzuda bir şәkli reklam etsәydiniz 10 dollara, deyәk ki, 310 klik (şәklin üzәrinә kliklәyib baxmaq) nәticә olacaqdı (0.03 dollar/klik). Amma 7 şәkildәn ibarәt postu reklam edәndә istifadәçinin 7 şәkilin hәr birinә baxması klik sayını 7 dәfә artıracaq vә 2170 klik olacaq, bu da “engagemet” qiymәtini 0.005 dollar/klik edәcәk. CPE nə qədər aşağı düşsə Facebook sizin reklamınızı “uğurlu reklam” kimi dəyərləndirir və daha çox insana göstərir. Bu da ümumilikdə səhifə aktivliyinin artmasına və məhsullarınızı daha çox insanın görməsinə gətirib çıxarır.
Qeyd edilənlərə əməl etməklə reklam kampaniyalarınızda real fərqləri görə bilərsiniz.