Minimalistik dizayna malik yeni qablaşdırılma alman bazarı üçün buraxılmışdır. Lakin, digər bazarlar da tezliklə məhsulun yeni görünüşünü qəbul edə biləcək. Yeni dizayn Carlsberg-lə 14 il ərzində işləyən Kontrapunkt isveç agentliyi tərəfindən hazırlanıb. Bu agentlik onun həmçinin Tuborg, Holsten və Kronenbourg markaları ilə də işləmişdir.



Yeniləmə “məhsulun saflığı və keyfiyyətini” göstərmək, həmçinin, “brendin unikallığını təqdim etmək və pivəbişirmə sənayesində onun liderliyi haqqında məlumatlandırmağı” nəzərdə tutmuşdur. Minimalistik dizayn qablaşdırma üzərində olan bütün artıq elementləri aradan qaldırıb, yalnız mat səth üzərində mayaotu yarpağını saxlamışdır.











Hələlik yeni dizayn yalnız Almaniyada standart kimi qəbul olunur.