Procter & Gamble amerika şirkəti öz kosmetika biznesini gözəllik məhsulları istehsalçısı Coty Inc şirkətinə 11,4 milyard dollara satıb.
Şirkətin icraçı direktoru Devid Taylorun sözlərinə görə, sövdələşmənin başa çatması “P & G şirkətinin sabit gəlirinə qayıtmaq üçün əsas addımdır".
2015 ilin iyul ayında P&G öz kosmetik biznesini Coty Inc şirkətinə satacağını bildirmişdir. Lakin o zaman sövdələşmə məbləği kimi 12,5 milyard dollar göstərilmişdir. Sövdələşmə şirkətin 43 brendinin satışını nəzərdə tutur ki, bunlar arasında - Hugo Boss, Gucci, Lacoste, Bruno Banani, Escada, Mexx, James Bond, Gabriela Sabatini, Stella McCartney, Alexander McQueen и Max Factor kimi brendlər vardır.
2015-2016 maliyyə ilinin 30 iyun tarixində sona çatan yekunlarına görə P & G şirkətinin xalis mənfəəti illik ifadədə 48%, 10,6 milyard dollaradək artmışdır. Gəlir illik ifadədə 2,7%, 16,1 milyard dollar azalmışdır.