Wall Street Journal-nın yazdığına görə, Adidas Group Reebok brendinin Adidasdan asılığını azaltmaq üçün yenidən strukturlaşdırma həyata keçirmək niyyətindədir. Bu səbəbdən Adidas Group ilin ikinci yarısında hesabatda xərcləri 30 milyon avro əks etdirəcək.



Adidasın baş direktoru Kasper Rorstedin sözlərinə görə, son 14 rübdə Reebok-un satışları artmışdır, lakin Adidas və rəqiblərin satışlarından xeyli az olmuşdur. Bundan əlavə, son üç ildə Reebok Şimali Amerikada artım göstərməyib. Yenidən strukturlaşdırma satışı sürətləndirməli, mənfəəti artırmalıdır. Bunun üçün Adidas Group yalnız Reebok markası ilə məşğul olacaq xüsusi komanda yaradacaqdır. Şirkət mağazaların sayını azaltmaq və topdan satışı artırmaq niyyətindədir.



Adidas Group Reebok brendini 2005-ci ildə alıb. Bu ilin yanvar-sentyabr aylarında qrupun xalis mənfəəti 40% artıb.