Amazon Hindistanı təhqir etməkdə davam edir. Elə yenicə şirkətin vitse-prezidenti yersiz döşəmə xalçalarına görə üzr istəmişdir ki, məlum olub ki, Amazon həmçinin təhqiredici ayaqqabılar satır. Hind ictimaiyyəti çox qəzəblidir və öz milli mədəniyyətinə hörmət tələb edir.



Keçən həftə Amazon Hindistanın milli bayrağı – “Tiranqanın” təsviriylə döşəmə xalçalarının satışına görə üzr istəməli oldu. Twitter istifadəçilərindən biri Hindistanın xarici işlər nazirinə yazmışdır ki, Kanadada Amazon vasitəsilə hind bayrağının təsviri ilə döşəmə xalçalar satılır.



Nazir buna sərt cavab verərək “onlar dərhal bizim milli bayrağımızı təhqir edən bütün məhsulları satışdan çıxarmalıdırlar” demişdir. Bundan başqa, o Amazon əməkdaşlarına vizaların verilməsini ləğv etməklə hədələmişdir.





"Tiranqa" - Hindistan vətəndaşları tərəfindən dərin hörmətlə anılan, zəfəran rəngi, ağ və zümrüd rənginin birləşməsidir. Milli bayrağa qarşı təhqir ağır cinayət hesab edilir. Bayrağın tapdalanması da həmçinin təhqir kimi qəbul edilir.





Öz səhvini dərk edən şirkət, dərhal təhqiredici xalçaların satışını saxlayaraq üzr istədi:



"Amazon India hind qanunlarına və ənənələrə riayət etməyə çalışır. Amazon "tiranqanın" təsviri ilə ayaqaltıların satışının hindlilərin hisslərinə toxunduğuna görə təəssüflənir" - deyə Hindistandakı Amazonun vitse-prezidenti bildirib.



Lakin hind ənənələrinə riayət etmək Amazon-da o qədər də yaxşı alınmır. Cəmi bir neçə gündən sonra yeni qalmaqal qopdu: bu dəfə ayaqqabılar hindliləri təhqir etdi.



Bu dəfə şirkət, Hindistanda “millətin atası” hesab edilən Mahatma Qandinin təsviri olan ayaqqabılar satır. Hindistanın xarici işlər naziri bildirdi ki, Hindistanın Vaşinqtondakı Səfiri Amazona hörmət etməyi xatırlatmalıdır.