16 yaşlı britaniyalı Məhəmməd Əli uşaqlıqdan qabaqcıl texnologiyalarla maraqlanır. Məktəbli xüsusi ədəbiyyatdan və YouTube-da çarxlardan istifadə edərək öz yataq otağında kod yazmağı öyrənib. Bu yaxınlarda Əli dünyada analoqu olmayan, bazarın təkliflərinin müqayisəsi və əlverişli qiymət üzrə malların axtarışı üçün nəzərdə tutulmuş Weneed1.com xidmətini hazırlayıb.



16 yaşlı Məhəmməd Əli 60 yaşlı biznes portnyoru Kris Torpla birlikdə innovativ bir sayt yaratmışdı. Weneed1 xidməti bazarda ən əlverişli təklifləri axtarmağa kömək edir. Britaniyalı məktəbli əmindir ki, saytın dünyada analoqu yoxdur.



Layihə ilə böyük investorlar maraqlanmış və yeniyetməyə 5 milyon funt sterlinq məbləğində öz layihəsini satmağı təklif etmişlər. Maraqlıdır ki, məktəbli böyük pula tamah salmayaraq təklifi rədd etmişdi.



“London investorları 2016-cı ilin dekabrın əvvəlində mənimlə görüşdülər. Onlar məlumatların idarə olunması ilə məşğul olurlar, buna görə də saytı mənim yaratdığıma inanmadılar” – deyə Əli bildirib.



Məhəmməd Əli The Sun nəşrinə verdiyi müsahibədə bildirib ki, saytdan ayrılmamağa qərar verib, belə ki, gələcəkdə onun dəyəri dəfələrlə arta bilər. O risk etdiyini anlayır, lakin şəxsi işini yaratmağa cəhd etmək istəyir.



Yaxın vaxtlarda yeniyetmə Weneed1.com-un tam versiyasını buraxmağı planlaşdırır. "İnsanlar düşünürlər ki, şəxsi biznesin yaradılması üçün böyük investisiyalar lazımdır, lakin mən öz nümunəmdə göstərmək istəyirəm ki, kiçikdən başlamaq və müvəffəqiyyətə nail olmaq mümkündür", - gənc sahibkar qeyd edir. O xidməti beynəlxalq səviyyəyə çıxarmağı planlaşdırır.



Weneed1.com Məhəmməd Əlinin birinci böyük layihəsi deyil. Hələ 2014-cü ildə məktəbli aya 5,99 funt abunə dəyərinə malik video oyun yaratmış və demək olar ki, 30 min funt qazanmışdı. Bu halda, o özü etiraf edir ki, proqramın hazırlaması üçün bütün lazımlı bilikləri o, YouTube videolarından və kitablardan əldə etmişdir. Məktəbli qeyd edir ki, anası əvvəlcə onun maraqlarını dəstəkləmir və kompüter arxasında həddən artıq çox vaxt keçirdiyinə görə onu danlayırdı. Amma indi ana Əlinin nailiyyətləriylə fəxr edir.





Məktəbli bildirir ki, müasir təhsil sistemi onu məyus edir. Bütün lazımlı bilikləri o, öz otağından çıxmadan müstəqil olaraq əldə etmişdir. O ümid edir ki, onun nümunəsi başqa uşaqlara da şəxsi innovativ layihələrin yaradılmasında ilham verəcək.