Dünyadakı sosial bərabərsizlik illər keçsə də, həll olunmur. Bununla bağlı olaraq, Bloomberg “Dünyəvi Səhər Yeməyi İndeksi” adlı statistika hazırlayıb. Son 12-18 aya aid məlumatlara əsaslanaraq hazırlanan və 129 qlobal və regional maliyyə mərkəzlərində səhər yeməyini ölçən indeks çox maraqlı nəticələr verib.



Nəzərdə tutulan səhər yeməyinə daxil olanlar:



• Bir stəkan süd



• Bir yumurta



• İki dilim çörək



• Bir ədəd meyve (Bir alma, portağal və ya banan)



Nəticələrə görə, sadəcə bəsit bir səhər yeməyi üçün dünyanın bəzi yerlərində insanlar 5 dəqiqə, bəziləri isə 9 saat çalışmalıdır. Bu statistikaya görə ölkələrin sıralanması belədir: Venezuella Karakasda səhər yeməyinin maliyyəti ortalama günlük maaşdan daha çoxdur. Ən aşağı qiymətli səhər yeməyi Abu Dabidədir.



Qahirədə bu yeməyin qiyməti 0.35 dollardır. Ən bahalısı isə 3.48 dollarla Bermudanın paytaxtı Hamiltondadır. İndeksə görə, Latın Amerikası ölkələri günlük qazanclarının 14%-ni, Şərqi Aropa ölkələri isə 3.3 %-ni səhər yeməyinə ayırır.



Orta Şərq və Şimalı Afrikada yaşayanlar səhər yeməyi üçün ortalama olaraq qazanclarının 2.1%-ini, Qərbi Avropa sakinləri isə 1.7%-ni səhər yeməyinə xərcləyir. Bəs bu fərqliliyə səbəb nədir? Statistikaya baxdıqda, meyvə südün müxtəlif bölgələrdə müxtəlif qiymətə olduğu anlaşılır.