26-27 May tarixlərində Badamdar oteldə marketoloqların 5-ci forumu keçiriləcək. Forumun məqsədi ölkənin marketinq sahəsinin inkişafına dəstək olmaq, trendləri araşdırmaq və praktiki problemlərin həllini tapmaqdır.
Milli Marketinq Forumu Marketinq Azərbaycan qrupu, Marketing AİR, Facemark.az və Azərbaycanın ilk onlayn marketinq televiziyası olan Facemark.tv komandası, həmçinin ölkənin marketinq sferasında çalışan dostların birgə səyi nəticəsində illik olaraq keçirilir.
Bu il 6 panel, moderator və hər paneldə 4 spiker olmaqla, toplam 30-dan çox spikerin olması planlaşdırılıb.
Forumda dəyişikliklər dövründə Marketinq strategiyası, Rəqəmsal marketinq, Marketinq Kommunikasiyaları, FMCG, Bloqçuluq və Milli Keyslər kimi panellər olacaqdır ki, bütün panellər üzrə ana istiqamət “Dəyişək ki, var olaq” seçilmişdir.
Forumun biletləri 10 Apreldən etibarən satışda olacaqdır.Biletləri Forumun saytında, Facebook səhifəsində onlayn sifariş göndərməklə və kassir.az saytı vasitəsilə əldə edə bilərsiniz. Çatdırılma pulsuzdur. Biletin qiyməti: 40 AZN
V Milli Marketinq Forumunun keçirilməsinə dəstək olan tərəfdaşlarımız:
Təşkilatçı: Marketinq Azərbaycan, Facemark.az, Marketing AİR
Baş Sponsor: Gilan Holding
Kreativ tərəfdaş: McCann Baku
Texniki dəstək: Azərizone
Dijital tərəfdaş: FIL Agency
Çap və Promo dəstəyi: Max Print
Dəstəkçilər: FMR TV, Digital AIR
Daha ətraflı:
Millimarketinqforumu.com
Facebook.com/millimarketinqforumu
+994 55 793 97 79