“Euomonitor” şirkətinin “2017-ci ildə istehlakçı həyat tərzi” adlı hesabatına görə istehlakçıların vaxtlarını, pullarını və enerjilərini sərf etdikləri MeqaTrendlər var.
ABŞ əhalisinin həyat tərzi, xüsusilə gənclər arasında təcrübi olaraq daha çox şeyə sahib olmaq üçün dəyişir.
Məsələn, hər min nəfərin yarısından çoxu ən azı bir dəfə xarici ölkələrə şəxsi məqsədləri üçün səfər etmişlər. Digər tərəfdən, ABŞ istehlakçılarının 60%-dən çoxu Tailand, Türkiyə və Braziliya kimi ölkələrdə islehsal olunan aşağı qiymətə olan, amma yüksək keyfiyyətli mallara üstünlük verirlər.
Təəccüblü deyil ki, istehlakçılar internetdən daha çox istifadə edirlər. “Euromonitor”un araşdırmalarına görə istehlakçıların çoxu onlayn iş görənlərdir. Smartfonlardan daha çox istifadə edənlər hər gün ən azı 8 müxtəlif yönümlü proqramlardan istifadə edirlər.
Əlavə olaraq təhsilli istehlakçılar öz sağlamlıqlarını daha çox araşdırır və izləyirlər.
Hesabatda bildirilir ki, “Texnologiya daşıyıcıları, limitsiz online resurslar və artan sağlamlıq bilikləri istehlakçıların fitnesini, qidalanmasını və daha çox sağlamlığını nəzarət altına almalarını asanlaşdırır”.
Həqiqətən, ali təhsilli xüsusilə, universitet məzunları və onun hüdudlarında olanlar sağlamlıq tədqiqatında və monitorinqində liderlik edirlər.
Ali savadlı şəxslər çəkilərini idarə etmək, formada qalmaq üçün yeməklərini aktiv şəkildə izləyirlər.
Hər bir marketer istehlakçı həyat tərzini təşkil edən trendlərini bilməlidir.
1-ci sual
Nə?
Meqatrend - məhsullar üzərində təcrübəni dəyərləndirir və sağlamlığa diqqəti artırır, istehlakçının həyat tərzini formalaşdırır.
2-ci sual
Sonra nə?
Bu trendlər marketerlərə ip ucu olacaqdır.
3-cü sual
İndi nə?
İstehlakçı trendləri monitorinqinin nəticəsi olaraq internet istifadəçilərinə əsasən sizin brendin və göstərdiyiniz xidmətin imkanlarını (göstəricilərini) ölçə bilərsiniz.
Müəllif: Hüseynağa Əliyev
Marketinq mütəxəssisi