Günü gündən inkişaf edən Bakımızda ticarətlə yanaşı, rəqabətli nəqliyyat sahəsində də marketinq tətbiq edilir.


Yazdığım oxuyanda sizə qəribə gələ bilər, amma “Baku Bus”ın gəlişi ilə vəziyyət müsbətə doğru dəyişməkdədir. Şəhərlərarası nəqliyyat sektoru özü bir xidmət sahəsidir. Avtobusdaşıma xidmətləri göstərən sahibkarlar bunu indi başa düşməkdədirlər.


Necə deyərlər “Gec olsun, güc olsun”


Bugünki yazımda sərnişindaşımadakı şəxsi müşahidəmnən yazacam.


Öncə qeyd edim ki, “Baku Bus” konsepsiyası üzərində çalışanlara sözün əsl mənasında halaldır.


- Geniş, müasir, təmiz, səliqəli, təhlükəsiz bir nəqliyyat vasitəsidir;


- Gediş haqqı-Kartla;


- Dayanacaqdan dayanacağa;


- Yüksək səsli musiqi yoxdur;


- Sürücülərdə-Vahid və Korporativ standartlara uyğun geyim;


- Sərnişin ilə minimum kontakt;


- Sürücü və nəqliyyatla bağlı sual və narazılıqlar üçün işlək nömrə;


- Adlıq (badge).



Başa düşürəm ki, bu yazdıqlarımdan siz də xəbərdarsınız. Amma “Baku Bus”ın servis və konversiyasını artırması, sərnişin məmnunluğuna maksimum təsir göstərir. Məhz bu amillər məcbur edir ki, sərnişindaşıma xidmətləri təklif edən digər sahibkarlar başa düşsünlər ki, bu sadəcə sərnişin deyil. Həm də Möhtərəm, Cənab müştəridir.


İdeal sərnişin daşıma xidməti artiq rəqabət dövrünü yaşayır. 79, 85 nömrəli avtobus da bu sadaladıqlarımı etməyə çalışır. Hamısını edə bilməsə də bir qismini edib.


Məsələn, “Baku Bus”ın içərisində giriş qapısından solda ikonkalar (işarələr) var. Onladan biri də qulaqcıqla musiqi dinləyənlər üçündür. Burda göstərilir ki, yüksək səslə musiqi dinləmək olmaz. Digər sərnişinlər narahat ola bilərlər. Bu o deməkdir ki, avtobusda yüksək səslə musiqiyə qulaq asmağa yol verilmir. Amma bu qaydaya təkcə “Baku Bus” riayət edir. Digərlərində “Sarı Çiçəyim” sevilərək dinlənilir.


“Baku Bus”la, eyni zamanda başlayan 88 nömrəli avtobus da kartla ödəniş sistemi tətbiq etsə də, əsl rayon avtobusu formatındadır. Sərnişinlər kartı ön girişdən vurub arxadan daxil olurlar. Sərnişinlərin kartı yoxdursa, ödənişi nağd qaydada da qəbul edirlər. Dayanacaqdan dayanacağa anlayışı burada ümumiyyətlə tətbiq edilmir.


61 nömrəli avtobuslar da çox səliqəli və nümunəvidirlər. Bu gün “Baku Bus”a rəqib olaraq yalnız 61 nömrəli avtobusu görürəm. Çox iddialıdırlar, hətta 61 nömrə avtobuslarında musiqi dinamikaları avtobusun çölündə qurlaşdırılıb, həm əyləncəlidir, həm innovativdir.


Dayanacaqda durduğun zaman 61 gəlirsə maraqlı olur Dj Turalın danışdığı mövzu nə haqdadır?


Bu yazdığım neqativlərə baxmayaraq müşahidələrim məni sevindirir. Necə ki, sərnişindaşımada taksilər brendləşir, eləcə də avtobusla şəhərlərarasıdaşımalarda da inkişafayönümlü elementlər hiss olunur. Bu işdə “Baku Bus”un bazara gəlişini qeyd etməyə bilməzdim.


“Baku Bus” üçün bir sərnişin kimi arzularım:


- Konsepsiyanın heç bir elementləri zamanla itməsin;


-Məsələn, artıq bir çoxlarında monitorlarda səslə marşrutlar və ya çatılan dayanacaqın adı səslənmir. Qapılardakı qırmızı və göy rəngdəki işarələr soyulub və rəngin itirib;


-Nə qədər sərnişin çox olsa da, avtobusa giriş öndən, çıxış arxadan dəyişilməz qalsın. Bunlar onun göstəricisidir ki, marketing alətləri sadəcə yerində işləkdir;


-Yaradıldıqdan və işə düşdükdən sonra nəzarət və monitorinq önəmlidir, bəs bunu necə həyata keçirtmək lazımdır?


Anar Bayramovun Biznes nə istəyir? kitabındakı kimi etmək çox önəmlidir.


-Tənqid konstruktiv olmalı;


- Komanda üzvlərinin fəaliyyətinə müntəzəm olaraq nəzarət olunmalı;


- Komandada yeni ideaların əmələ gəlməsinə təşviq edilməli;


- Hər bir işdə ən yüksək standartlar tələb edilməli;


- Komandada fərdi bilik və bacarıqları inkişaf etdirmək, daim lazımı treninqlərdən istifadə edilməlidir.


İradım:


Avtobuslar çox bahalıdırlar. Sürcüləri dərin çuxurlara salır ki, bundan da sərnişin narahat olur. Az qala avtobusun bütün şüşələri silkələnir. Bu isə o deməkdir ki, 1-2 ilə avtobus hissələrinin səs-küyündən getmək mümkün olmayacaq. Bu “Baku Bus” mülkiyyətinə və büdcəsinə zərər vurulması deməkdir.


Arzu edirəm ki, bütün sərnişin daşımada 61 və “Baku Bus” möhkəmlənsin və təhlükəsiz daşımanı həyata keçirtsin.


İsazadə Səbuhi, şəxsi brending və PR üzrə mütəxəssis