Supermarketlərdə baş verən kampaniyalar və sözdə endirim aksiyaları insanların marağına səbəb olur və düşünürlər ki, bu kampaniyadan yararlanaraq öz ailə büdcələrinə qənaət edərək qabağa düşəcəklər. Hal hazırda olan kompaniyalar bunlardır: 2+1, 3+1 və s., məhsulun üzərinə bağlanan mətbəx əşyaları və s., Discount kartlar, yəni endirim kartları, müəyyən edilmiş məbləği (100, 200, 300 AZN) keçdikdən sonra müxtəlif kiçik hədiyyələr. Bu cür kompaniyalar müştəridənsə daha çox şirkətlərin xeyrinə olur. Onlar bu üsulla istehlakçının lazım olduğundan artıq alış-veriş etməsinə səbəb olur və bu da sonuncunun daha çox yeməsinə və bədənində asılılığa səbəb olur.


Bu necə baş verir? Kiçik bir hekayə ilə izah edim. Bir gün məhşur bir alimin öz toyuğunun dalınca qaçdığını görürlər. Soruşandaki, neynirsən? Deyir tutub kəsəcəm onu. Deyirlər niyə?Deyir bu gün iki yumurta yumurtlayıb. Ətrafdakılar gülümsəyərək deyirlər ki, bu ki, yaxşıdır. O da vəziyyətdən hali olmayan insanlara izah edir ki, mənim bədənim 1 yumurtaya öyrəşib və o ikinci yumurtanı yesəm orqanizmim öyrəşəcək, sabahsa toyuq həmin yumurtanın ikincisini yumurtlamasa, mən bunu bazardan almalı olacam və yaxud da kimdənsə asılı vəziyyətdə qalacam. Ən pis halı isə odur ki, aclıqdan halsızlaşacam və xəstə düşəcəm. Bəs siz bu haqda düşündünüzmü heç?!


Kampaniyaların keçirilməsinə səbəb olan ammillər aşağıdakılardır:


1. Mövsümün dəyişməsi, yeni məhsulun gəlişi


2. Şirkətin bağlanması


3. Məhsulun anbarda yığılıb qalması


4. Satışların aşağı düşməsi


5. Rəqiblərin artması


6. Hər-hansı bir məhsulun tanıtdırılması


7. Satış dövriyyəsinin artırılması


8. İstifadə tarixinin bitməsi


9. Məhsula təlabat yaratmaq


Supermarketlərdə olan kampaniyalar necə hazırlanır?


Öncə məhsulun satış dövriyəsinə, təlabatlılığına, üzərinə gəlinən faizə baxılır, daha sonra isə ABC analiz olunur. Burda əlbətdəki rəqiblər də araşdırılır.


ABC analiz nədir?


ABC analiz məhsulların kateqoriyaya ayrılmasıdır.


A-kateqoriyalı məhsullar ən çox satan: “Anchor” kərə yağı və “Bizim tarla” soyulmuş pomidor.


B-kateqoriyalı məhsul orta satış: “Calve” mayonez və “Gülüm” qarğıdalı yağı.


C-kateqoriyalı məhsul isə zəif satış göstərmiş sayılır: “Richmond” düyü və “Piyale” makaron.


Burda kampaniya etmələrinin çox səbəbləri ola bilər, bunlardan bəzilərini sadalamaq istərdim.


Normal halda şirkətlər C-kateqoriyasına daxil olan məhsulun alıcılar tərəfindən alınmasını və yaxudda onun tanıdılmasını, ya da məhsulun stock-da qalaraq xarab olmaması, ziyanın digər məhsulun satış dövriyyəsini artırmaqla konpensasiya edilməsidir.


Supermarketin satış dövriyyəsi aşağı düşdükdədə bu yola əl atırlar. 10 adda gündəlik təlabat məhsulu gəliş qiymətinə, ya da üzərinə 1-2% gələrək, reklam edərək supermarketin ucuz və sərfəli olduğunu göstərməyə çalışırlar.


Burda rəqiblərdən də asılı səbəblər var. Rəqiblər rəqabət gücünü artırarsa, qarşı tərəf məcburən qiymətləri endirmək məcburiyyətində qalır.


Günlük həyatda tez-tez qarşılaşdığımız suallar bunlardır:


Necə etsək ki, qabağa düşək?


Nəyi hardan alım ki, uduzmayım?


Ən keyfiyyətli və ucuzunu hardan tapım və s.


Supermarketlərdən yalnız gündəlik təlabat məhsullarını almağınız məsləhət görülür. Hansı supermarketdən almalı olduğunuza siz qərar verəcəksiniz, lakin çətinlik çəkirsinizsə sizə ən ucuz olan supermarketlərin siyahısını təqdim edirəm.


Ucuz və Bahalı Supermarketlərin siyahısı Top 10


S/s


Ucuz Supermarketlər


Bahalı Supermarketlər


1.


Favorit


Kontinental


2.


Bolmart


Citimart


3.


Bazarstore


Life


4.


Ən ucuz market


Ailə


5.


Cavidan


Neptun


6.


Sarı


Rahat


7.


Makro Market


Lider-As


8.


Bizim


Çinar


9.


Dəniz


New world


10.


Yolüstü market


Araz



Bu marketlərdən yalnız günlük və aylıq təlabat olan məhsulları almağınız məsləhətdir.


Meyvə tərəvəzi Yaşıl bazar, ya da “Meyvəli” Ticarət Mərkəzindən almağınız məsləhətdir.


Məişət texnikası və mətbəx ləvazimatlarını, uşaqlarınız üçün oyuncaqlar, hədiyyələr suvenirləri isə “Sədərək” Ticarət Mərkəzindən.


Geyim-kecim üçünsə “Binə”Ticarət Mərkəzinə getməyiniz uyğun görülür.


Burda əsasən insanların ehtiyaclarını qarşılamaq üçün ən önəmli faktor çeşid çoxluğu və rəqabətin gətirdiyi qiymət ucuzluğudurki, bundanda müştərilər maksimum yararlana bilir.


Yarmarkalardan və axşam bazarlarından daim istifadə etməniz tövsiyyə olunur. Əgər ailəniz böyükdürsə, bəzi günlük ərzaq məhsullarını da “28 May” və “Neftçilər” topdansatış mərkəzlərindən də ala bilərsiniz.


Supermarketlərdə olarkən keçirilən kompaniyalara, kompaniya məhsullarının istifadə tarixinə və real qiymətinədiqqət yetirin. Bura daxildir: 1+1, 2+1, 3+1, 4+1 və üstündə xırda mətbəx ləvazimatı və ya hər hansı bir hədiyyə bağlanan məhsullar.


İstifadə tarixindən söz düşmüşkən onuda qeyd edimki, hər zaman məhsulun istehsal tarixinə baxın.


Ən təbii qidalar istifadə müddəti az olanlardı. İstifadə müddətini artırmaq üçünsə məhsulun tərkibinə kimyəvi qatqılar qatılır ki, buda insan səhhəti üçün zərərli hesab olunur.


Alış-verişdə pulunuzun cibinizdə qalmağını istəyirsinizsə aşağıdakı şərtlərə əməl etməniz məsləhətdir:


1. Toplu alış-veriş edin, aylıq təlabatınızı öncədən çıxararaq alış-verişə yollanın.


2. İsraf etməyin, ehtiyacınız qədər alın və sağlamlığınızı düşünün.


3. Mövsümlük qidalara üstünlük verin, mövsümü olmayan qidalardan istifadə etməyin.


4. Brend və markalara ilişib qalmayın, özünüz brend və marka olun.


5. Alış-verişi daim bir məkandan edin və endirim edilməsini tələb edin.


6. Boş vaxtlarınızda qiymət araşdırması edin. Siz pulu yerdən tapmırsınız.


7. Topdan satan yerlər və yarmarka günlərini daim təqib edin.


8. Kampaniya və endirimlərə aldanmayın, almazdan öncə daim müqayisə edin.


Sondasa bildirmək istərdimki: həyatda hər bir işdə qabağa düşmək istəyirsinizsə biraz əziyyət çəkməli olacaqsınız!