Rebrendinq məhsul və ya xidmətin inkişafı üçün brendin hazırkı vəziyyətinin təkmilləşdirilməsi kimi başa düşülür. Rebrendinq prosesində brendin adı, loqosu, sloqanı və s. kimi dəyişdirilməsi baş verə bilər. Həmçinin brendin reklam və marketinq siyasətlərinin dəyişdirildiyi rebrendinqlər də olub.
Bəzən şirkət daxili və ya xaricində meydana gələn fərqli vəziyyətlər şirkəti marka və loqosunu dəyişdirməyə məcbur edə bilər. Bunlar arasında şirkətin etdiyi xətanın unutdurulması, şirkətin əl dəyişdirməsi, xarici bazarlarda markanın tələffüz çətinliyi, şirkətin yeni strategiyasını çatdırmaq yer ala bilər.
Satışa mənfi təsir edən səbəbləri aradan qaldıran zaman bəzən istehlakçılar bunu hiss eləməyə də bilər.
Buna görə istehsalçılar belə düşünürlər ki, yenilənmə prosesini istehlakçılara çatdıranda onların şüurlarındakı həmin mənfi halları da silə biləcəklər. Yəni, x adam y firma haqqında onun keyfiyyətli olmadığını düşünür.
Bu x adamların sayı çoxaldıqca y firması tədbirlər planı keçirtməyə başlayır. Tədbirlər planında problemi köklü şəkildə həll etmək üçün rebrendinqə getmək seçilir. Rebrendinqdən sonra x adam(lar) firmanın artıq yeniləndiyini düşünüb, onun məhsullarından yenə test üçün istifadə edəcəklər.
Əgər firma rebrendinq prosesində istehsalatını mükəmmələşdiribsə x adam(lar) artıq y firması haqqında mənfi yox müsbət rəyə malik olacaqlar.
Amma rebrendinqə gedən bütün firmalar sırf bu səbəbdən getmirlər. İstehlakçıların heç bir şikayəti olmadığı halda sırf dəyişiklik olsun deyə də rebrendiq edənlər də olur.
Bu gün eşitdiyimiz hər şey sanki markalar ilə bağlıdır. Faktır ki, məşhur insanların səhv edə-edə bu gün markaya çevrildiyinin şahidi olmusunuz.
Bunu bilməlisiniz ki, bir marka rebrendinqdən meydana gəlir. Şirkətin rebrendinqə getməsinin də bir çox səbəbləri ola bilər. Ən birinci səbəb şirkətin yeni bir ada ehtiyac duyması ilə bağlıdır. Ya da şirkətlər birləşən zaman fikirləşirlər ki, hazırki loqo çox köhnə və yorucudur. Onlar rəqibləri arasında daha tez seçilə bilən “vizual şəxsiyyət” axtarırlar.
Beləliklə, şirkətin rebrendinqə ehtiyac duyduğu halları aşağıda qeyd edirik.
- Marka köhnəlib;
- Daha maraqlı bir marka ona rəqib olub;
- Marka yeni təyinatına uyğun görünmür;
- Şirkət dəyişir və ya yeni fəaliyyət planı hazırlanıb;
Çoxları hesab edir ki, rebrendinq müasir insanın söz ehtiyatında yaranan yeni dəbdə olan kəlimədir. Amma fikirləşmirlər ki, nəhəng şirkətlər rebrendinqə görə milyonlarla dollar pul xərcləyirlər. Amma əslində, bu effektiv marketinq alətidir, əsas məqsədi isə gəlir gətirməkdir.
Rebrendinq o demək deyil ki, siz yeni səviyyəyə qədər yüksəlmisiniz. Daha önəmli olan başqa faktır. İstənilən biznesdə əsas hədəf mövcud müştəri bazasını itirməməkdir. Rebrendinq sizin istehlakçılarının loyallığının artırılmasına yönəlmişdir. Beləliklə, bəlkə də, rebrendinq əla fikirdir. Amma müştərilərin önəm verəcəyi görünüşü axtarıb tapmaq da əsas şərtdir.
Əgər markanın dəyişdirilməsi şirkətin yeni strategiyasının tərkib hissəsidirsə, bu strategiyasnın əsasını aşağıdakı məqsədləri həyata keçitmək üçün edilən plan və layihələr olmalıdır.
- Hissə sahibi və partnyorlar ilə əlaqəni daha da gücləndirmək
- Müştərilərə təklif edilən mal və xidmət məhsullarında inkişaf və daha yaxşıya doğru təkmilləşmə
- Şirkət daxili proses və funksiyalarda dəyişiklik etmək
- Şirkətin bazardakı kimliyi və kommunikasiya vasitə və üsullarında daha dayanıqlı, müştərinin istək və ehtiyaclarında daha həssas, müsbətyönümlü inkişaf və dəyişiklik yaratmaq
Pepsi, Saga, Little Chef, Burberry, Skoda, Lucozade, yeni sağlam fikir adı altında McDonald’s uğurlu rebrendinq etdilər.
Amma dünya miqyaslı reberendinq fəlakətləri arasında Gap, Tropicana, AOL, PricewaterhouseCoopers. misal göstərə bilərik.
Rebrendinq zamanı məqsəd köhnə çalışmaq şəraiti və köhnə şirkətə və ya məhsula yeni bir ad tapmaq deyil. Rebrendinq edən zaman sanki yeni bir biznesə başladığınızı düşünməlisiniz. Fikirləşməlisiniz ki, yeni bir məhsul istehsal edirsiniz. Rebrendinqin məqsədini hədəf kütlələrinə də doğru izah etmək vacibdir. Beləliklə, hədəf kütlənin beynində yeni bir imic və qavrayış yaranacaq.
Xarici nümunələrdən misal olaraq Enron skandalında adı hallanan Arthur-Andersen Consaltinq şirkətini göstərmək olar. Şirkətin adı Enron skandalından sonra Accenture olaraq dəyişdirildi. Şirkətin adı pis imicdən uzaqlaşmış oldu. “Chase Bank” “Bankone”ı alanda onun adını dəyişərək sadəcə Chase etdi.
ABN Bank və AMRO banklarının birləşməsindən ABNAMRO bankın yaradılması təxminən 3 il vaxt aldı. ABŞ avtomobil nəhəngi Koreya avtomobil istehsalçısı Daihatsunu aldı. Beləliklə, bu şirkətin köhnə markalarından Daihatsu Matiz yenilənmədən sonra Chevrolet Matiz adını aldı.
“Arçelik” markası xaricdə tələffüz çətinliyi və xüsusilə ingiliscədən pis mənaya gəldiyi üçün “Koç Grub” “Beko” markasını yaratdı. “Beko” öncə xaricdə tanıdıldı, daha sonra isə Türkiyə bazarlarında satışa çıxarıldı.
Ad dəyişdirmək məhsula canlılıq qazandıra bilir. Ekonomik ömrünü uzada bilir. Yeni müştəri qrupları qazandıra, köhnə və yeni skandalları unutdura, fərqli xarici bazarlarda mövcud beynəlxalq markaların davamını gətirə bilər.
Məsələn, “General Motors” Almaniyada istehsal etdiyi “Opel”, İngiltərədə “Vauxhall” markası olaraq satışa çıxarılır.
Beləliklə, İngiltərədə milli avtomobil olaraq qəbul edilən “Vauxhall” markası müştərilərin təəssüratında yeni imic qazanıb.
Marka dəyişikliyinə getmək kosmetik xarakter almamalıdır. Yoxsa bu sizə doğru çevrilmiş silah olacaq. Məsələn, keçmişdə New-Yeni-Coca-Cola istehlakçısının reaksiyası nəticəsində “Coca-Cola Classic” adını alıb. Daha sonra isə “Coca-Cola” olaraq satışlara davam edib.
Rebrendinq etmək ciddi araşdırma və planlama tələb edir. Düzdür, bir qədər bu işə görə, pul itirməli olacaqsınız. Amma əmin olun ki, o geridönüş şəklində sizə geri qayıdacaq. Önəmli olan şirkətin yenilənmək üçün duyduğu istək və buna ayırdığı qaynaqlardır. Sadəcə dəyişmək üçün dəyişmək təhlükəli bir oyun halına gələ bilər.
Sonda isə belə bir sual ünvanlamaq istərdik Sizə. Bu gün ən çox bəyəndiyiniz rebrendinq nümunələri hansıdır? Dəyişiklik markanın missiyasını, adını, ləzzətini, bazardakı yerini ifadə edə bilibmi?
Mənbə:
http://babanne.blogcu.com/marka-degistirme-rebranding/4455715
https://www.solopress.com/blog/business-marketing/rebranding-change/
http://freshbrand.ca/blog/logo-refresh-vs-rebrand/
http://webciti.ru/blog/pochemu-nuzhen-rebranding