Nəhayət iyun ayının əvvəlindən başlayan “Ən Az Like” foto-müsabiqəsi başa çatdı. 20 gün şəkil yığımı və 10 gün də “ən az like” vermə nəticəsində qalib müəyyən olundu. Nəticələr olduqca maraqlıdır, belə ki, İdealın keçirdiyi müsabiqələr içərisində ən çox müzakirə olunan və like toplayan müsabiqə bu oldu. Baxmayaraq ki, hədiyyə fondu bundan əvvəlki müsabiqələrdən daha az idi, ancaq facebookda və Azərbaycanda ilk dəfə keçirilən bu müsabiqəni ümumi 350 mindən çox insan görüb. İnsanların like səsvermələrindən bezdiyi bir vaxtda qeyri-standart həll üsulu ilə öz fanları və eləcə də bütün facebook fanlarının marağına səbəb olan müsabiqənin qısa nəticələrini müqayisəli şəkildə Sizinlə paylaşıram. Xatırladım ki, Ən az Like müsabiqəsi bundan əvvəl ən çox marağa səbəb olan Miss İdeal 2012 ilə müqayisə edilib.
Ən Az Like müsabiqəsi ilə Miss İdeal 2012-nin nəticələrinin müqayisəsi
s/n |
Parametr |
Miss İdeal 2012 |
Ən Az Like |
Nisbət |
1 |
Müsabiqədə iştirak edən şəkil sayı |
141 |
64 |
|
2 |
Müsabiqədə toplam like sayı |
64554 |
318329 |
+4, 93 dəfə |
3 |
Total şərh sayı |
638 |
707 |
+10% |
4 |
1 şəkilə gələn ən çox like |
7784 |
6498 |
-17% |
5 |
1 şəkilə gələn ən az like |
28 |
4279 |
+ 152 dəfə |
6 |
Ortalama 1 şəkilə gələn like sayı |
457 |
4973 |
+ 11 dəfə |
Məncə, artıq sözə ehtiyac yoxdur. 2, 5 və 6-cı bəndlər hər şeyi göstərir. Deməli Ən Az Like albomu ümumi 318329 like toplayıb ki, bu da özündən əvvəlki ən yaxşı müsabiqə Miss İdeal 2012-dən az qala 5 dəfəyə yaxın çoxdur. Miss İdealda ən az like toplayan 28 olubsa, Ən Az Like-da isə bu rəqəm 4279 olub ki, bu da 152 dəfə artıq nəticədir. Orta bir şəkilə gələn like sayəna görə də 11 qat artıq nəticə Ən Az Like-ın xeyrinədir.
Xatırlamayanlar üçün qısa bildirim ki, Ən Az Like müsabiqəsində iştirak edən şəkillərdən qalib ən az səs toplayan, Miss İdealda isə qalib ən çox səs toplayan olmaqla keçirildi. Ən Az Like müsabiqəsinin özəlliyi ondadır ki, burada insanlar özlərindən başqa bütün rəqiblərə “səs yığmaqla” məşğul olublar ki, bu da öncəki bütün müsabiqələrdən daha qızğın ortamın yaranmasına səbəb olub.
Müsabiqəyə başlamamışdan öncə şübhəm yox idi ki, geniş marağa səbəb olacaq, ancaq reallıq həmişə istədiyimiz kimi olmur arada. Şükürlər olsun ki, bu dəfə nəticə gözlədiyimizdən də artıq oldu. Amma etiraf edim ki, 152 qat artıq nəticənin olacağına heç inanmazdım. Necə deyərlər xeyirlisi. Müsabiqənin keçirilməsində əməyi olan hər kəsi təbik edirəm. Daha fərqli ideyalardan yazmaq diləyilə...