Dünya miqyasında bütün reklam xərclərinin 25%-nin təbii reklamlar (native advertising) və kontent marketinqindən ibarət olması gözlənilir.


Marketinq mütəxəssislərinin təbii reklamlara hədəflənməsinin səbəbi isə reklamları bloklama trendinin artması, klassik reklamların məhsuldar olmaması və reklam fırıldağı kimi məsələlər yer alır.


Facemark.az xəbər verir ki, “FreakOut” şirkətinin Türkiyə üzrə direktoru Okay Tuğ deyib ki, təkcə Avropada 2020-ci ildə təbii reklam xərclərinin 13 milyard avronu üstələyəcəyi gözlənilir. “En qədər investisiya alətləri içərisində şirkətlərin doğru təbii reklam strategiyalarını müəyyən etməsi və hədəf kütləyə fokuslanması lazımdır. Uğurlu təbii reklam və kontent marketinqi yaratmaq üçün davamlı planlama və strategiya yaratmaq lazımdır”.


Onun sözlərinə görə, uzunmüddətli və davamlı kontent marketinq startegiyası üçün atılmalı olan 4 addım belədir:


Köhnə kontenti yeniləyin


Kontent marketinqi davamlı hala gətirməyin ən qısa yolu köhnə kontentləri yenidən istifadə etməkdən keçir. Xüsusilə, yeni fikir və mənbələri araşdırmaq üçün vaxtınız yoxdursa, əlinizdəki kontenti günümüzün şərtlərinə uyğun hala gətirərək, daha sürətli məqalələr əldə etmək mümkündür. Həmçinin, istifadə etdiyiniz və sonrasında bəyənmədiyiniz kontenti də yeniləyə və ona kiçik toxunuşlar edə bilərsiniz.


Gündəmi qaçırtmayın


Bir sıra marketinq mütəxəssisinin rutin təqvimləri mövcuddur. Belə təqvim faydalı olsa da, viral olabiləcək gündəm başlıqlarını qaçırtmamalısınız.


Hər zaman üçün paylaşıla bilən kontent yaradın


Əminəm ki, hər zaman bir çox vəziyyətdə 5 il öncə yazılmış məqalələri də oxuyursunuz. Heç bir zaman vaxtı keçməyən kontentlər, hər zaman axtarış sistemində gözləntiləri qarşılayacaq nəticələr gətirəcək.


Avtomatlaşdırma alətlərindən istifadə edin


Daha məhsuldar kontentlər üçün avtomatlaşdırma alətlərindən istifadə edilməsi mümkün olub. Əgər avtomatlaşdırma hesabına məhsuldarlığınızı artırsanız, kontentlərinizin də keyfiyyəti artacaq. Sistemli hala gətirilən avtomatlaşdırma seçimləri etdiyiniz işin quruluşunu və buna görə qərarlar almanıza kömək olacaq.


Mənbə: MarketinqTurkiye