“Fast food” restoranlar şəbəkəsi olan KFC tədarükçüləri dəyişildikdən sonra, toyuq qıtlığı problemi ilə qarşılaşmış, nəticədə Böyük Britaniyada olan restoranların bir çoxunu müvəqqəti də olsa, bağlamalı olmuşdu.


Facemark.az xarici mətbuata istinadən xəbər verir ki, bu vəziyyət KFC-nin rəqiblərindən biri, “fast food” restoranlar şəbəkəsi “Burger King”in də diqqətindən yayınmayıb. Qısası, toyuqsuz qalan KFC-yə bir zərbəni də “Burger King” vurub.


“Burger King” bizdə toyuq bitmir! deyərək, Böyük Britaniyada yerləşən restoranlarında toyuqlu məhsullarına “9”lu Chicken Nuggets” və “Chicken Royale” ə 50% civarında endirim təklif edən yeni kampaniyaya başlayıb.


Marka yeni kampaniyası ilə bağlı detalları “Twitter” platforması üzərindən paylaşıb. İnsanlar isə markanın əyləncəli tərzdə hazırladığı posta öz fikirlərini bildiriblər.


Qeyd edək ki, dünyada məşhur fast-food zənciri KFC toyuq qıtlığına görə, Böyük Britaniyada, ümumilikdə 900 restorandan 800-nü bağlamışdı. Restoranların bir qismi problem həllini tapdıqdan sonra gün içində açılmışdı. Şirkət açıqlamasında isə demişdi ki, problem loqostik sıxıntıdan qaynaqlanır: “Yeni biznes tərəfdaşımız olan DHL ilə başlanğıcda uyğunlaşma problemlərimiz olub”. DHL isə açıqlamasında deyib ki, əməliyyat problemlərindən dolayı çatdırılma tam yerinə yetirilməyib və gecikmə olub: “Problemin həll üçün KFC ilə birlikdə çalışırıq”.