2018-ci il aprelin 19-da Türkiyədə beşinci dəfədir ki keçiriləcək “Marketing Meetup” konfransı baş tutacaq.


Facemark.az xəbər verir ki, “Marketing Meetup 2018”də texnologiya və marketinqi yaradıcı və faydalı istifadə edən markalar “MarTech Awards” ilə mükafatlandırılacaq.


“Marketing Meetup”un digər konfranslardan fərqi nədir?


- “Marketing Meetup” üçün birinci əsas spikerlər və kontentin faydalı olmasıdır;


- “Marketing Meetup”da müstəqil spikerləri, müstəqil mövzulardan sizlər üçün bəhs edəcək;


- “Marketing Meetup” üçün öncə ilin gündəm mövzuları müəyyən edilir, daha sonra isə spikerlər tapılır və mövzuya uyğun kontent hazırlanır. Bu qədər bəsit;



- “Marketing Meetup” da şablonlara yer yoxdur. Mövzular və təşkilatçılıq heç bir təcrübəni təkrarlamır;


- “Marketing Meetup” spikerləri heç vaxt böyük auditoriya qarşısına hazırlıqsız çıxmırlar. Spikerlər işinə dəyər verən proffessionallardan təşkil edilib. Onlar lazımı təcrübələrə sahibdirlər.


Qeyd edək ki, bu il “Marketing Meetup” konfransında Səudiyyə Ərəbistan vətəndaşı robot Sophia da iştirak edəcək.


“Marketing Meetup”a endirimli bilet almaq üçün buraya daxil ola bilərsiniz. Həmçinin, konfrans və spikerlər haqqında detallı informasiya almaq üçün http://marketingmeetup.org -u ziyarət edə bilərsiniz.


Mənbə: Pazarlamasyon