Fransız qrupu ''Publicis'' əfsanəvi BBH Britaniya reklam agentliyində qalan 51%-i səhmdarlardan əldə edərək demək olar ki, 100%-li şirkətin sahibi olub. Saziş 100 milyon yevro dəyərində qiymətləndirilir.
Cümə günü dərc edilmiş Publicis-in rəsmi bəyanatında bildirildiyinə görə, Fransız reklam qrupu Publicis ‘’Bartle Bogle Hegarty’’ (BBH) Britaniya reklam agentliyinin alınması haqqında razılaşmaya nail olub. Nəşrin məlumatına görə Publicis aksiyaların BBH qalan 51%-ni səhmdarlardan əldə edəcək və beləliklə agentliyin yeqanə sahibi olacaq.
Əməliyyatın məbləği açıqlanmasada, analitiklər bu payı €100 milyon qiymətləndirirlər. Razılaşmasının şərtlərinə görə, Publicis həmçinin BBH ''NEOGAMA/BBH'' braziliya reklam agentliyində də paya sahib olur.
BBH Böyük Britaniyada öz məşhur kreativliyiylə və innovasiyalarla əfsanəvi reklam agentliklərdən biri hesab edilir. 1982-ci ildə əsası qoyulmuş, BBH heç də az olmayan məşhur reklamlara imza atıb və müştərilərinin arasında Google, Audi, British Airways, Levi Strauss da mövcuddur.
‘’Campaign’’ jurnalı BBH-in London bölməsini altı dəfə "İlin agentliyi" seçib və bu da Britaniyanın reklam tarixində rekord hesab olunur. 2002-ci ildə Publicis 2,4 milyard yevroya ‘’Bcom3’’ amerika agentliyinin alınma sazişi çərçivəsində 49% BBH-ın payını əldə edib. BBH ABŞ-da, Braziliyada, Çində və Hindistanda fəaliyyət göstərir. 2011-ci ildə (braziliya bölməsindən əlavə) agentliyin gəliri 112,2 milyon yevro olub.
"BBH bizim sənayəmizin aşkar ‘’ikonasıdır.’’ Financial Times, Publicis-in baş direktoru ''Moris Levi'' bildirib ki, ‘’onlar yalnız bizə işi yerinə yetirmək üçün yox, həmçinin innovasiyaların növbəti səviyyəsinə yaxşı hərəkət etməyə kömək edəcək".
Tərəflər arası razılaşmaya əsasən, BBH fransız qrupu müstəqilliyi saxlayacaq. Keçmiş icraçı direktor vəzifəsini olmuş Saymon Şervud direktorlar şurasının sədri olacaq.