Bakıda ilin marketinq gününün, yəni Milli Marketinq Forumu 2018 -in (MMF2018) keçirilməsinə sayılı günlər qalıb.


Bu ilin VI Milli Marketinq Forumu (MMF2018) Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr edilir. Forumun sloqanı isə birincilər və davamçılardır.


Artıq 6-cı dəfədir ki, baş tutacaq Forumda 6 panel üzrə 30 nəfərədək spiker, 500 nəfərədək mütəxəssis iştirak edəcək.


Milli Marketinq Forumu Facemark.az komandası, Marketinq Azərbaycan, Marketing AİR, həmçinin ölkənin marketinq sferasında çalışan dostların birgə səyi nəticəsində illik olaraq keçirilir. Forum 25-26 May tarixlərində saat 09:00-da Bakı Musiqi Akademiyasında keçiriləcək.


Bir daha xatırlatmaq yerinə düşər ki, Forum Azərbaycanda marketinqin inkişafına təkan vermək, bu sahədə yerli kadrların daha da təkmilləşdirilməsi, ümumi müzakirələrin aparılması üçün təşkil edilir.


Bəs, MMF2018 ilə bağlı təşkilatçı, spiker, tərəfdaşlar nə vəd edir?