İlk “McDonald's” restoranı 1940-cı ilində Dick və Mac McDonald tərəfindən Kaliforniya şəhərinin San Bernardinoda əyalətində açılıb. Onlar yaxşı gəlir gətirən bizneslərində kiçik dəyişiklər əvəzinə, sürətli xidmət, ucuz qiymət və böyük həcmə əsaslanan yeni strategiyaya əl atdılar.


Onlar piştaxta qarşısında özünəxidmət üsuluna keçərək 9 adda məhdud menyuya üstünlük vermişlər: qamburger, çizburger, 3 cür soyuq içki, süd, kofe, qızarmış kartof dilimləri, kökə, kartof-fri və südlü kokteyl. 1950-ci illərin ortalarında onların qamburger istehsalı üzrə kiçik fabrikləri ildə 350 000 dollar gəlir gətirirdi. Əvvəlki restoranla müqayisədə indi satışın həcmi 2 dəfə artmışdır.


1954-cü ildə südlü kokteyl hazırlayan maşınlar üzrə ticarət agenti Rey Krok Makdonald qardaşlarının restoranını ilk dəfə öz gözləri ilə gördü. O zaman Rey Krokun 52 yaşı vardı. Bu yaşda çoxları təqaüd haqqında düşünür. Krok isə bu gün “McDonald’s” kimi tanıdığımız həmin şirkətin əsasını qoydu.


Makdonald qardaşları bütün ölkədə özlərinin yaratdıqları konsepsiya ilə biznesin genişlənməsinə şəxsən nəzarət etmək istəmirdilər, buna görə də Rey Krok onların frençayzinq üzrə müstəsna agenti oldu.


Krok Makdonald qardaşlarının iş prinsipini qoruyub saxladı: məhdud menyu, keyfiyyətli qida, konveyer tipli istehsal sistemi, cəld və mehriban xidmət kimi göstəricilərə özünün şəxsi təmizlik, yüksək gigiyena standartlarını da əlavə etdi. “McDonald's” gündə 69 milyon müştəriyə xidmət verən, dünyanın ən böyük fast food restoran şirkətidir.



KFC (Kentucky Fried Chicken - ing. Kentuki Qovrulmuş Toyuq) - 1930-cu ildə ABŞ-da yaradılan fast food şəbəkəsidir. “Kentucky Fried Chicken” və ya qısaca KFC kimi tanınan fast food restoranları ilk dəfə Kentukki ştatının Luisvil şəhərində açılmış, 1952-ci ildə isə Ohayo ştatının Cənubi Solt Leyk şəhərciyində françayzinq əsasında ilk restoranı yaradılmışdır. KFC firmasının menyu sirləri 1930-cu illərdə benzin doldurma məntəqəsini işlədən Harland Sandersin müştərilərinə satdığı toyuqlardan qaynaqlanır.


O, 1936-cı ildə müharibə zamanı əsgərə getməməsinə baxmayaraq, uğurlarına görə əyalətindən medal belə alıb. Bu sahədəki uğurlarını davam etdirən Sanders bir restoran zənciri qurmağa başlayır. Amma şirkətin ən böyük uğurlarından biri 11 şəfalı ot və özəl sousları olur.


Bu menyunun sirri 2 metr qalınlıqlı divarları olan məkanda, 2 fərqli açar və 2 fərqli pin şifrəsi ilə qorunur. Bəli bunlar bir toyuq üçün edilir, amma dünyanın ən çox toyuq satan firması olduğu düşünəndə o qədər də qəribə görünmür. Hal-hazırda KFC 115 ölkədə 19 000-dən çox nöqtədə xidmət edir. KFC-in ən əsas strategiyası hər zaman 100% təzə toyuq ətindən istifadə edərək möhtəşəm bir dad yaratmaqdan ibarətdir.


Amerikanın Brighton Universitetinin texniki xidmətlər üzrə meneceri Leanne Hammett Bennet “McDonald's” və KFC-nin xidmətləri barədə müəyyən araşdırmalar aparmışdır. Bu müşahidədən doğan nəticəni sizinlə də bölüşürük:



“McDonald's” servisi çox sistemlidir- belə ki, nə zaman menyudan nəsə sifariş etsəm sifarişim gecikmədən hazır olur və servis edilir. Çox nadir hallarda onların xidmətində kiçik səhvlər ola bilir, əsasən isə onlar işlərini səhvsiz yerinə yetirirlər.


KFC isə əksinə bir qutunun içərisinə bir neçə dadı sığışdırmaqla bundan sanki zövq alır və bununla işlərini düzgün yerinə yetirdiklərini hesab edirlər. Bəlkə də təqdim etdikləri toyuq həmişə mükəmməl olur, amma mən sifarişimin hər zaman düzgün xidmət ediləcəyindən əmin ola bilmirəm.


Mc.Donalds xüsusi sifarişlərə hər zaman açıqdır, yəni əlavə sifarişlərə burada heç zaman məhdudiyyət qoyulmur. İstədiyin məhsulu əlavə edə və özünlə götürə bilərsən. Sadəcə olaraq bir az gözləməli olacaqsan. Həmçinin əlavə sifarişlər işçi heyətini heç vaxt narahat etməyəcək, əksinə onlar sizə xidmət etməkdən məmnun olacaqlar.


KFC də isə vəziyyət bir qədər qarışıqdır. Əlavə sifarişlər onları hər zaman çətinə salır. Hətta əgər siz barbekü sosu olmadan əlavə bir paket almaq istəsəz əlavə izaha ehtiyac olacaq.


“Mc.Donalds” isə tamamilə fərqlidir. Əgər mən burger istəsəm bir yox bir neçə alternativim olacaqdır. Yox əgər mən burger istəmirəmsə, əlavə olaraq toyuq, balıq sendviçi, hətta salat alternativlərimi də dəyərləndirə bilərəm.



KFC isə.. toyuqları ilə məşhurdur. Burada bir neçə növ toyuq məhsulları tapa bilərsən. Amma sadəcə toyuq alternativləri var basqa heç nə.


Məni səhv anlamayın. Mən KFC ni də sevirəm, hətta KFC 5 nəfərlik ailəni doydurmaq üçün yaxşı seçimdir. Və bəzən burda yaxsı dəyişikliklər görə bilirəm. Lakin əgər favoritimi seçsəm əmin olun ki, “Mc.Donalds” qalib gələcək”.


Biz sizin üçün “Mc.Donalds” və KFC nin orta ölçülü kartoflarını müqayisə etdik və hansının daha təsirli olduğunu bu göstəricilərlə göstərəcəyik.


“Mc.Donalds”ın kartofları sizə 337 kalori verir ki, bu da sizin günlük planınızın 17 faizini təşkil edir. Bundan əlavə hər porsiyada 17 qram yağ, 42 qram karbohidrat, 0.62 qram duz vardır.


KFCdə kalori isə 310 kaloridir. Həmçinin yağın miqdarı 14.6 qram, karbohidrat 41.8 qram, duz isə 0.1 qram təşkil edir.