Dostlar, bildiyiniz kimi hazırda rəqəmsal dünya daha sürətlə inkişaf edir. Digər ənənəvi medialar 2-3% civarında yaxşı halda inkişaf edirsə, rəqəmsal alətlər illik 10% civarı artım göstərir. Trend də artmağa doğru gedir. Ölkəmizdə də sosial media, rəqəmsal alətlərin istifadəsi gün-gündən artır. Sosial mediada isə video postlar bütün dünyada olduğu kimi bizdə də məşhurlaşıb, daha çox izləyici toplaya bilir.
Facemark.az olaraq biz də izləyicilərimizə daha faydalı olmaq üçün video postlar seriyasına başlamağa qərar verdik. “Belə-belə işlər” səhifəsi kimi bu işi gözəl görən səhifələr var və bizim bu işə həvəslənməmizdə onların da rolu olduğunu etiraf etməliyik. Biz isə saytımızın tematikasına uyğun olaraq ancaq biznes, marketinq, brendlər ilə əlaqəli video postlar hazırlamaq qərarına gəldik.
Artıq bu səpkidə son 4 ay ərzində 13 video post hazırlamışıq. Aya 3 video düşür. Önümüzdəki aylarda isə aya 4, yəni həftəyə 1 video post hazırlayacağıq. Aşağıda Sizə onları bir yazı içərisində təqdim etmək istəyirəm. Ümumilikdə hazırladığımız video postları saytımızın youtube səhifəsindən və facebook səhifəsindən izləyə bilərsiniz.
P.S. Bəyənsəniz, paylaşın, hamı faydalansın.