Amerikanın ən böyük pizza restoranları şəbəkəsinin - “Papa John's” banisi olan Con Şnatter irqçi qalmaqalının fonunda şirkətin direktorlar şurasının sədri vəzifəsindən gedib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onun istefasını şirkətin müstəqil direktorlar şurasının üzvləri qəbul ediblər, deyə kompaniyanın saytı yazır.


Qeyd olunur ki, Şnatter tez-tez Amerika Milli Futbol Liqasının (NFL) oyunçularının hərəkətləri haqqında neqativ fikirlər bildirib. Belə ki, oyunçular qarşılaşmadan öncə ABŞ himnini dinləməyi rədd edib və diz çökmüşdülər. Diz çökməklə, oyunçular qaradərilər barəsində polislərin zorakılığı hadisələrinə və prezident Donald Trampın miqrasiya ilə bağlı qaydaları sərtləşdirməsinə etiraz əlamətini ifadə etmişdilər.


Bundan başqa, daha əvvəl o özü “Forbes” jurnalına elektron məktubla təsdiq etmişdir ki, cari ilin mayında konfrans-əlaqə üzrə müşavirənin gedişatında “n” hərfi ilə olan sözdən” (söyüş) istifadə edib. Daha sonra direktorlar şurasının rəhbəri dediyi ifadəyə görə üzr istəmişdi.


Xatırlatmaq yerinə düşər ki, Şnatter “Papa John's”un əsasını hələ 1984-cü ildə qoyub. Direktorlar Şurasının yeni rəhbəri isə yaxın həftələrdə elan olunacaq.


“Papa John’s” 2010-cu ildən bəri isə Amerika Milli Futbol Liqasının sponsoru olub.