Kompaniyalar arasında email-marketinqin effektivliyi barəsində sorğu aparılıb. Sorğuda iştirak edən şirkətlərin yarıdan çoxu, təxminən 59%-i bildirib ki, email-marketinq onlar üçün ən böyük ROI (reklama investisiyaların alışının əmsalı, başqa sözlə etdiyiniz investisiyanın sizə geridönüşünü göstərən əmsaldır) yaradır. Anketdə iştirak edən şirkətlərin 21%-nin nümayəndəsi düşünür ki, onlar üçün ROI yaradan sosial şəbəkələr, 15%-nə görə bu media reklamı, 5%-ə görə video reklam, 1%-ə görə isə SMS göndərilmədir.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tədqiqat “Campaign Monitor” araşdırma şirkəti tərəfindən 200-dən çox marketoloq arasında aparılıb.


Belə təşviq üsulu onlara yalnız populyarlıq qazandırır. Respondentlərin 25%-i deyib ki, onlar 2019-cu ildə email-marketinqə dair xərcləri artırmağı planlaşdırırlar.



“Email-marketinq əvvəllərdə olduğu kimi, rəqəmsal marketinqin “kral”ı hesab olunur. Bir çox müasir üsullar onu “taxt”dan salmağa çalışır, amma araşdırma göstərir ki, bu nəticəsiz qalıb”, - deyə tədqiqatda qeyd olunub.


Araşdırmada bildirilib ki, müştərilər ilə münasibətdə şəxsiləşdirməyə keçməyin vaxtı gəlib çatıb.


“Campaign Monitor” şirkətinin araşdırmasına görə, email-marketinq marketinqin bütün üsullarından yaxşı işləyir: “Belə ki, marketinqin bu növü imkan verir ki, hər bir müştəriyə fərdi yanaşılsın. Email-marketinqdə hər bir müştəriyə məzmun və təkliflər də fərdi seçilir”.


“Buna baxmayaraq anketdə iştirak edən marketoloqların 39%-i deyib ki, onlar heç vaxt öz göndərişlərini şəxsiləşdirmirlər. 21% marketoloq isə potensial müştərilərini seqmentləşdirmədiyini deyib. Marketoloqların 53%-i müştəriləri üçün e-mail göndərən zaman A/B testindən istifadə etmədiyini bildirib. 51% marketoloqlar isə deyib ki, onlar e-məktublarında salamlaşmanı belə avtomatlaşdırmayıblar”, - deyə araşdırmada qeyd olunub.