Bizlər bir doğulmağı seçə bilmirik, bir də ölməyi. Amma onlar həyatın özü deyildir. Həyat doğulmaqla ölüm arasındakı verdiyimiz qərarların toplusundan ibarətdir.


Bu yazını oxumaq da bir qərardır, bu da marketinqə olan maraq və sevgidən qaynaqlanır. Ya da mənə olan dəyərdən. Hər iki halda xoşdur sizi burda görmək


Marketinq elə bir sahədir ki, çalışan normal adam tapa bilməzsən. Bu sahə normal adamlara görə deyil. Əgər kimsə bu sahədədir və özünü normal hiss edirsə, yanlış yola girib deməkdir. Normal insan da heç rahat həyatı, ütülənmiş köynəyi qoyub, ucu-bucağı bilinməyən, bitməz-tükənməz yola çıxarmı? Nəzərə alsaq ki, bilinməyənlər qorxuludur.


Çıxar, bu bir qərardır. Marketinq ixtisas seçimi deyil, o bir istiqamətdir. O bir yoldur. Hətta sənin xarakterinə görə onun özü gəlib səni tapır. Bu yolda olanlar dəli adamlardır.. Yoxdan var edirlər..


Yaradıcı olmaq.. Bir çox istiqamətlər vardır ki, yaratmaq işinə baxırlar. Fərq sadəcə bir şeydədir, onların yaratdığının da bir hekayəyə ehtiyacı olur, həlli isə məlum dəli adamlarda.


İnsanoğlu doğumundan ölüm anına qədər nəsə satır. Məhsul, xidmət, ideya.. Satdığı məhsula özü də aiddir. İnsanoğlu özünü satır. Hansı formada satması öz qərarıdır. Amma satışın həyat boyunca davam etdiyini nəzərə alsaq, satış həyatın özüdür. Marketinq bir satış elmidir, demək həyatın özü marketinqdən ibarətdir..


İndi düşünün satış elminin içində olan adam özünü satmalıdır


Məmləkətin marketinqi aktiv və inkişaf dövrinü yaşayır. Camiyadakı insanlar, ya özünü sübuta çalışır, ya da mövcud pozisiyanı qorumağa. Bunun üçün də tək yol özünü satışdır. Fərdi brendinq deyirik buna. Gəncədə oturub bazarı kənardan izlədiyimdən bütün prosesi görüb anlama imkanım olur. Marketinqi lokalda öyrənə bilmədiyimizdən içi mən qarışıq hamımız üz tuturuq qlobala..


Bu zaman gördüyüm iki məqam, oxşarlıq və fərqlər var:


- Qlobalda da fərdi brendinq üzərinə çox işlənilir, yenilik gətirməyə, fərqlənməyə, dəyər yaratmağa çalışılır. Fərq nədədir? Onlar yaratmağa meyilliykən, bizimkilər oğurlamağa çalışır. Amma bu normaldır, bilmək fərqləndirir, hərəkət dəyərləndirir. Gör-götür dünyasıdır, yeməyənin payını yeyirlər.


Oxşarlıq nədir? İstər lokal bazar adamları, istər qlobaldakı mütəxəssislər öz satış zamanı yeni terminlərə üz tutur. Bu da marketinqin nəzəri tərəfini şişirdir. Praktik yanı isə dərin olsa da, çox sadədir.


- Qlobalda korporativ brendinq pik həddini yaşayır, lokala isə yeni-yeni gəlir. Öncəki yazıda dediyim kimi bu dəyişim camiyadakı aktivlikdən doğur. Marketinqdə çalışan bazar adamlarının böyüyə bilməyən sahibkarların narahatlıqlarına yaxılan məlhəm, vecsizliklərinə təkliflərin nəticəsidir bu.. Düzdür bazarda kopyalamalar var, bu normaldır, çünki onların illər öncə etdiyini bizimkilər indi etməlidir. Lokalda alıcı və düşüncə səviyyəsi qlobaldakı keçmiş müştərini xatırladır. Pis yanı bençmarkinqi dilə gətirməyə utanırlar. Haqlıdırlar əslində bizim camiya bunu həzm edə bilmir, eqo imkan vermir. Oxşarlıq nədir? Hər ikisində inkişaf xətti ilə yüksəlmə gedir. Baxmayaraq ki, sürət arasında fərq var, amma cari yüksəliş də dəyərlidir. Fərq nədədir? Lokalda fərdi brendinqi korporativ brendinqdən önə buraxırlar..


Bakıya son səfərlərimdən birində bir görüşdə iştirak etdim. İştirakçılara fərdi brendinqin korporativ brendinqi önlədiyini dediyimdə qəbul etmədilər, əksinə bunun daha faydalı olduğunu iddia etdilər. Amma müştərinin layihə menecerini, yaxud satış menecerini deyil də, onlara zəng etdiklərindən narazılıqlarını bildirirdilər. Mən də bir gün adınız pis şeydə hallandıqda, yaxud gördüyünüz iş tutmadıqda hər ikisini itirəcəksiz dedim. Amma hələ də bir dəyişim görmürəm. Camiyada bu problem birbaşa eqoizmdən və idarəetmə qabiliyyətinin zəifliyindən irəli gəlir.


Deyir marketinqi bilməyən mütəxəssis hədiyyə paylayar. Korporativdə bir sey edə bilməyən bunu fərdi brendinq üzərindən edər


Sağlıqla qalın, növbəti yazımızda görüşmək diləyilə..


© sahiltofiq.com