Beynəlxalq taksi xidməti olan “Uber” ilk dəfə olaraq marketinq üzrə qlobal direktorunu elan edib. Yeni vəzifəni “Coca-Cola”nın keçmiş marketinq və innovasiya üzrə vitse-prezidenti Rebekke Messina tutub.
Facemark.az xəbər verir ki, bu barədə “The Drum” yazıb. Son iki ildə o, “Beam Suntory”də analoji vəzifədə çalışıb. Yeni qlobal direktor daha əvvəl “Jim Beam”, “Makers’ Mark”, “Pinnacle vodka” kimi brendlərin inkişafı üçün çalışıb. “Uber”in yeni qlobal marketinq direktoru 22 il ərzində isə “Coca-Cola” şirkətində rəhbər vəzifələrdə çalışıb. Daha sonra isə adlıçəkilən kompaniyada marketin və innovasiyalar üzrə baş vitse-prezident olmağı bacarıb.
Yeni vəzifəsində Rebekke Messina “Uber”in qlobal marketinq komandalarını birləşdirməlidir ki, brend haqqında eyni mesajlar ötürülsün. Şirkətin icraçı direktoru isə qeyd edib ki, bəzi brendlər kənardan bizə bütöv şirkət təəssüratı yaradırlar: “Rebekkeda yeni işində çalışmalıdır ki, müştərilərin həyatında “Uber”in rolunu daha da möhkəmləndirsin”.