Azərbaycanın mobil operatoru “Azerfon” ASC (NAR ticarət markası) özünün yeni loqotipin təqdim edib.


Facemark.az xəbər verir ki, Trend-in məlumatına görə, yeni loqotip şirkətin təşkil etdiyi mətbuat konfransında elan edilib.


Şirkət yeni loqosunu “Çünki daha çoxuna layiqsən” şüarı altında hazırlayıb. Yeni loqoda NAR brendinin əsas elementləri saxlanıb.


Qeyd edək ki, sonuncu dəfə şirkət 2015-ci ildə yeni loqo və “Gəlin birlikdə böyüyək” şüarını təqdim edib.


Xatırladaq ki, yeni loqo Londonun “Landor” strateji brendinq və dizayn agentliyi tərəfindən hazırlanıb.


“Azerfon” 2017-ci il martın 21-də fəaliyyətə başlayıb. Abonetlərinin sayı 2 milyonu keçib.


Yeni loqo



Köhnə loqo