ABŞ-ın dərman firması “Eli Lilly and Company” bioəczaçılıq firması “Loxo Oncology”ı 8 milyard dollara alacağını elan edib.

Facemark.az xəbər verir ki, razılıq ilin ilk yarısında artıq başa çatmalıdır. “Eli Lilly” şirkətindən verilən məlumata görə, “Loxo Oncology”ə hər səhm üçün 235 dollar ödəniləcək.

Ancaq razılıq “Loxo oncology”nin səhmdarları və tənzimləyiciləri tərəfindən təsdiq edilməlidir. “Eli Lilly”nin vitse-prezidenti Daniel Skovronsky yeni alış barəsində deyib ki, məqsəd ur xəstəliyinin qarşısını almaq üçün hazırlanan dərmanlardan istifadə etmək və xərçəng xəstəliyinin müalicəsi üçün daha sağlam yanaşma ortaya qoymaqdır”.




Açıqlamdan sonra, “Eli Lilly”nin səhmlərinin dəyəri açılış öncəsi 2,67% dəyər itirib. Amma “Loxo Oncology”nin səhmlərinin dəyərində isə 58%-lik artım qeydə alınıb.

Qeyd etmək yerinə düşər ki, ABŞ-ın İndianapolis əyalətinin yerləşən Eli Lilly and Company, 1876-cı ildə “Eli Lilly” tərəfindən qurulub. Şirkətin 18 ölkədə ofisi mövcuddur və təxminən 125 ölkədə fəaliyyət göstərir.