Geyim mağazalar şəbəkəsi “Zara” loqotipini 9 ildən sonra dəyişib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Design Taxi”nin məlumatına görə, moda brendi 9 ildə ilk dəfə loqotipini yeniləyib. Şrift serif ilə kontrast seçilib.


Amma qeyd etmək yerinə düşər ki, köhnə loqodan fərqli olaraq yeni loqoda hərflər arasındakı interval götürülüb. Hərflər sıxılıb və onların hissələri kəsişir, üst-üstə düşür. Axırıncı dəfə loqotip 2010-cu ildə dəyişilib.




Şirkətin yeni loqotipini isə “Baron & Baron” dizayn agentliyi ərsəyə gətirib. Agentlik “Dior”, “Gucci”, “Louis Vuitton”, “Givenchy” moda brendləri ilə əməkdaşlıq edir. Sosial şəbəkə istifadəçiləri yeni loqotipi tənqid etmək üçün zaman tapıblar. Onların əksəriyyəti brendin yeni lqotipinin gələcəkdə necə görünməsi ilə bağlı zarafat ediblər. İstifadəçilər gülərək deyib ki, yəqin ki, gələcəkdəki loqoda bütün hərflər bir-birinə daxil olacaq.


Alman dizayner Erik Şpikerman (Şriftlər haqqında kitabın müəllifi) öz “Twitter” hesabı üzərindən deyib ki, markanın yeni loqotipində istifadə olunan şrift son zamanlar gördüyü ən pis şriftdir. Hətta əlavə edib ki, bu şrift robot tərəfindən yaradılıb.