İlk olaraq qeyd edim ki, “deyirlər futbol klubuna azarkeşlik edən insan oyunun nəticəsinə baxmamalıdır”. Düşünürəm ki, bu sözün özündə yarı həqiqət, yarı yalan payı var. Bu dəfə məqaləmdə Azərbaycanda niyə futbol və futbol klubu azərkeşliyi yaramır? sualları haqqında müşahidələrimi sizinlə paylaşmaq istəyirəm.


Qeyd edim ki, “Azərbaycan Premyer Liqa”sı 8 klub ilə təmsil olunur və bu klublardan hazırda 3-ü regionu təmsil edir. Qalan 5 klub Bakıya məxsusdur. Əgər “Qarabağ” Futbol klubunu region klubu olaraq qəbul ediriksə, demək ki futbol klubunun azarkeş cəlb edəcəyi hədəf kütləsi Bakı şəhəri üzrə olacaq. Bu məqaləni oxuyan əksər insan Bakı sakinləri olacağını nəzərə alsaq, belə bir sual yaranır. Biz indi hansı kluba azarkeşlik etməliyik və niyə? Əgər hər bir futbol klubuna marketinq dili ilə desək “məhsul” kimi baxsaq klublarımız bizə nə təklif edir? Hər hansı futbol klubu azarkeşi olmaq üçün ilk olaraq Futbola maraq olmalıdır.


Nəzərə alsaq ki, Azərbaycan üzrə əhalinin əksər hissəsi futbol ilə “gündəlik” olaraq maraqlanır. Əslində azarkeşlərin özünü bir neçə seqmentə ayırmaq olar. “Fanatizim”dən tutmuş, sadəcə futbol klubunun adını tanıyıb, heç bir futbolçusunu bilməyən, sadəcə maraqlanmayana qədər bir neçə kateqoriyalara ayrımaq olar. Futbol ilə gündəlik olaraq maraqlanan insanların əksəriyyəti Azərbaycandan kənarda olan ölkələrin liqaları ilə maraqlanırlar. Burada ilk növbədə Türkiyə, İngiltərə, İspanya və İtalya klubları daha çox təşkil edir.


Əslində hər bir klubun özü bir “ruha” və ya missiyaya sahibdir. Məsələn, “Latsio” hələ də “nasizim”, “Real Madrid” kral ailəsinin klub ruhunu daşıyır. Bunun kimi bir neçə nümunə çəkmək olar. Buna görə də zənnimcə, Azərbaycan klubları böyük azarkeş kütləsi cəlb edə bilmək üçün də bir “ruh”a sahib olmalıdır.


Milli yığmamız baxımlı oyun nümayiş etdirə bilməsə də, hər dəfə “Azərbaycan” naminə böyük bir kütləni cəlb edə bilir. Mənə görə, millinin oyunlarına gedən əksər azarkeş “qələbə üçün gedirik” düşüncəsində deyil. Biz sadəcə milliyə dəstək oluruq. Bunun davamlılığını təmin edə bilmək üçün futbol oyunun gözəl nəticəsi olmalıdır.


Son illərdə Avropada göstərdiyi oyun ilə daha çox azarkeş cəlb edən bilən klubumuz “Qarabağ” futbol klubudur ki, burada da qarşılaşdırma aparaq. Nə qədər insan həqiqətən “Qarabağ” azarkeşidir, ümumiyyətlə azarkeşlik nə deməkdir? Klublarımız özlərində “azarkeş” sözünün tərfini necə verirlər? Hər bir klub üçün bu standart olmaya bilər. Olmaması da normaldır. Hər bir klub müəyyən parametr, keyfiyyətlərinə görə özünü sevdirməyə, məhsul kimi satdırmağı bacarmalıdır.


“Qarabağ” Avropa oyunlarında topladığı azarkeş sayı ilə daxili liqada topladığı azarkeş sayı eynidirmi? Buradan da məlum olur ki, insanların əksəriyyəti “Qarabağ” üçün deyil, sözünün arxasında daha çox “Azərbaycan naminə” düşünən azarkeşləri cəlb edir. Bunun nəticəsidir ki, artıq Azərbaycan daxilindəki oyunlarda heç bir maraq yarada bilməyib. Halbuki “Qarabağ” futbol klubunun digərlərinə baxanda ən böyük üstün cəhəti məhz özünün adındadır. “Qarabağ” bu gün hər bir Azərbaycanlının “qanayan yarasıdır”. Bu ad gəldikdə, futbol klubu bir kənara qalsın, ətrafına rahatlıqla insanları cəlb edə bilər. Daxilində bir az da futbola həvəs olan insana, potensial azərkeş kimi baxa bilərik.


(Marketinq dili ilə desək mağazanın içində olan potensial müştəridir. Qaldı, təkcə bu insana satış etmək) Satış dedikdə “Park Bulvar”da “Fan Shop” açıb satış etmək və pul qazanmaqdan getmir. Bir fikir və məqsəd ətrafında insanları yığmaq, birlikdə futbola baxmaq, oxumaq, sevinmək, kədərlənmək və əylənməkdir. Məqsəd Qarabağı unutmadığımızı bildirməkdir.


Bunun kimi digər klublarımız haqqında da qeyd etmək olar. Azərbaycan liqasında hazırda oynayan klublardan 3-nün oyunlarına stadionda izləmişəm. Ümumiyyətlə isə Azərbaycanın bir çox klubunun oyununa stadionda baxa bilmişəm. (Viləş, Şəmkir, Xəzər Lənkəran və s. daxildir.) Əksər klublarımızın azarkeş kimi “ruhunu” hissə edə bilmirik. Məsələn: Bir insan niyə “Sabah” klubuna azarkeşlik etməlidir və ya “Keşlə”? Yəni, bu klub “Kəşlə”adını daşımaqla bölgəyə məxsusluğunu bildirirsə niyə Nizami rayonunda olan insan “Keşləyə” azarkeşlik etməlidir? Bir klubu hər kəs sevib azarkeşlik edə bilməz, amma klub özü özlüyündə Keşlə bölgəsində olan insanı stadiona “pulsuz” oyunlara cəlb edib maraq yarada bilir? Ümumiyyətlə Keşlədəki gənclər üçün bu futbol klubu lazımdırmı?


Daha əvvəllər bölgəyə məxsusluq hesabına “Xəzər Lənkəran oyununda Lənkəranlıları stadiona cəlb edə bilirdi. Bununla yanaşı “Qəbələ” öz bölgəsində nə qədər insanı stadiona cəlb edə bilir? Qəbələdə futbola maraq varmı? Oğuz sakinləri Qəbələyə azarkeşlik edirmi və ya etməyə maraqlıdırmı? Tutalım klublara bölgə adı qoyub bununla azarkeş yığmağı düşünürlər. Bəs bu barədə daha əvvəlki illərin statistikalarını, azarkeş (müştəri) davranışlarını təhlil ediblərmi? Öz azarkeşlərinə/müştərilərinə düzgün kommunikasiya etməyi bacarırlarmı? Kluba maraq yaradana qədər sən azarkeşlərə kommunikasiya etməlisən, sənin azarkeşin olduqdan sonra o özü səni harda istəsə tapacaq.Hər bir azarkeş futbol klubu üçün potensial müştəridir. Futbol klubu özünü sevdirə bildikdən sonra ona aid, istər aksessuarlar, istərsə də oyunlarına bilet satışını edə bilər.


Qeyd: Əyləncə sektoru müqayisəsi: “Qarabağ”ın Avropa oyunlarının biletlərinin qiymətini, digər əyləncə sektorlarının qiyməti ilə müqayisə etdikə Azərbaycanda ən uzun isirahət növlərindən biri hazırda futboldur. UEFA Avropa liqasının oyunlarının ortalama olaraq qiymətinin 5 AZN olduğu nəzərə alsaq, siz təqribi olaraq 5 AZN-ə 165 dəqiqə harada əylənə bilərsiniz? (165 dəqiqə = 90 dəqiqə (oyun vaxtı) + 15 dəqiqə (fasilə) + 60 dəqiqə (stadiona giriş və çıxışa gedən zaman). Giriş və çıxışa gedən zamanı əylənərək də keçirmək olar. Yox əgər Qarabağ-Roma oyunun Olimpiya stadionunda olunan təşkilatçılıq olarsa onu əyləncə hesab etmək olmaz. O sadəcə əsəb və işgəncədir.


Kinolarda belə qiymət 8 AZN-dən başlayır. Bir film də adətən 80-100 dəqiqə arası olur. Hər-hansı bir restoranda otursanız belə adambaşı 15 AZN və maksimum 100 dəqiqə vaxt keçirmək olar. (nərd, domino və s. oyunları nəzərə almaqla.) Paintball, MetKartinq və s. əyləncə növləri ilə müqayisə edə bilərsiniz.


Davamı olacaq...


Yeni məhsulların yaradılması və Biznesin inkişafı üzrə Şöbə Müdiri


Anar Quliyev


Müəllif ilə əlaqə: anar.cefersoy@gmail.com