Hər bir marketoloqun arzusu daha az büdcə ilə məhsul-xidmətləri daha çox tanıtmaqdır. Az büdcə və yaradıcılıq ilə daha çox insana çatmaqdan söhbət gedərkən, gerilla marketinqdən danışmaq yerinə düşər. “Gerilla marketinq” ifadəsi ilk dəfə 1980-ci illərdə işlədilmişdir.
Yaradıcısı isə “Berkeley Universitet”ində dərs deyən və “Guerrilla International Marketing” qurumunun rəhbəri Jay Conrad Levinson olmuşdur. Fikir Jay Conrada tələbələrinin investisiya yatırmadan necə effektiv biznes qura biləcəklərini soruşmaları ilə meydana gəlmişdir. “Berkeley Universitet”ində marketinq sahəsi üzrə dərs deyən Jay Conradın “Guerrilla Marketing” başda olmaqla 30-a yaxın kitabı vardır.
O, “gerilla marketing”i “büdcəsi az, lakin xəyalları geniş olan sahibkarlar üçün marketinq aləti” olaraq təsvir edir. “Gerilla marketing” ənənəvi marketinqdən fərqlənir. Belə ki, o, alıcılıq qabiliyyətini daha artırmağı hədəfləyərək standartlardan kənar olur. “Gerilla marketing”in əsasını viral yayılma təşkil edir və yaradılan kampaniyalar ölkə sərhədlərindən kənara çıxaraq beynəlxalq dəyər qazanır.
Gəlin, birlikdə “gerilla marketing”in faydalarına baxaq:
Standartlardan kənar olması - bildiyimiz kimi, insanlar ənənəvi marketinqdə olduğu kimi onlara manipulyasiya edilərək məhsul və xidmətlər satılmasını heç sevmirlər. “Gerilla marketing” buna görə çox faydalı olur. Çünki standartlardan kənar olduğu üçün insanların yaddaşında daha tez qalır və müştərilər məhsulu alarkən bunun fərqinə varmırlar.
Azadlıq verməsi - Ənənəvi reklamlarda adətən eyni söz və ifadələrdən istifadə edilir. Gerilla marketinqdə isə bu tamamilə fərqli olur və insanlara düşünmə azadlığı verilir. Virallaşması-Gerilla marketinqin ən böyük faydası virallaşmağa meyilli olmasıdır. Belə ki, insanlar bu tip reklamları gördükdə şəklini çəkir və paylaşır. Beləliklə daha çox insan reklam barədə məlumatlı olur.
Təbii ki, gerilla marketinqin zərərləri də var:
Vaxt - Gerilla marketinq daha çox yaradıcılıq tələb etdiyi üçün çox vaxt alır.
Görünüş xətası - Görünüşün istədiyiniz kimi alınmaması reklamın virallaşmağının qarşısını ala bilir.
Səhv şərh edilməsi - İnsanların reklamı səhv anlaması da risklər arasında yer alır. Unutmamaq lazımdır ki, gerilla marketinq düzgün vaxtda və düzgün strategiya ilə edildiyi zaman yüksək büdcəli reklamlardan daha faydalı ola bilir. Aşağıda gerilla marketinqə aid bəzi nümunələr yer alır:
Şəbnəm Abdullayeva, FİL Agency-nin Dijital marketinq meneceri