20-ci əsrin ən önəmli insanlarından olan, Turing Award və Queen Elizabeth mükafatının lauriyyatı, Avropanın, eləcə də dünyanın ən böyük texnologiya konfransı olan Web Summit və Davos World Economic Forum-nun əsas spikerlərindən olan, internetin ixtiraçısı və yaradıcısı Sör Tim Berners – Lee Bakıya gəlir.


Facemark.az-a təşkilatçılardan verilən məlumata görə, o bu il May ayının 30-31-i Monex Summit Caspian tədbirində, Fintech və Bank sənayesinin ən mühüm liderləri ilə bir araya gələcək.


Monex Summit Caspian sərgi, konfrans, marafon, Heydər Əliyev Mərkəzində baş tutacaq qala gecəsi və dünyaca məşhur ifaçı INNA-nın iştirak edəcəyi Monex Party kimi bir sıra tədbirlərdən ibarətdir.


Hər il Avropa, MENA və MDB olmaqla, üç regionda keçirilən Monex Summit, bu il AMCHAM-ın birgə təşkilatçılığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi ilə “InnoFest” çərçivəsində keçiriləcəkdir.


“Monex Summit Caspian”dakı iştirakınızdan əldə edəcəkləriniz nədir?


İki gün davam edəcək tədbirdə siz Fintech liderləri, C-level təmsilçilər, Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Şərqi Avropanın nəhəng banklarından olan ekspertlərlə,həmçinin bütün dünyadan Payment, Security, Data və IT kompaniyaları ilə görüş, təqdimatçılar tərəfindən aparılan mühüm tanışlıqlar, panel müzakirələr və peşəkar komanda tərəfindən təşkil olunan B2B görüşlər, start-up kompaniyaları üçün dinləyicilər qarşısında real investment imkanları və potensial müştərilərlə dostluq ortamı əldə edəcəksiniz.


Daha çox məlumat üçün Monex Summit Caspian saytını ziyarət edə və qeydiyyatdan keçə bilərsiniz.


Web: https://caspian.monexsummit.com/overall


Tel: +994 12 464 83 32


Ünvan: N.Nərimanov r-nu, Əhməd Rəcəbli küç, 4.


Qeyd edək ki, facemark.az bu il keçirilən Forumun media partnyorudur. Təşkilatçılar facemark.az üçün xüsusi Promo-code ayırıb: MSC2019Facemark


Siz Foruma qeydiyyatdan keçən zaman bu koddan istifadə etməklə bileti 10% endirim ilə əldə edəcəksiniz. Yuxarıda qeyd olunan Promo-code hər kəs üçün nəzərdə tutulub.