“İnsan vücudunu şirkət olaraq düşünək. Beyni rəhbərlikdir, tənəffüs sistemi maliyyə departmenti, həzm sistemi loqistika, sinir sistemi IT, qan dövranı HR-insan resursları, skelet sistemini isə satışa bənzətmək olar”.


Facemark.az xəbər verir ki, bu haqda AzRetail MMC-nin Marketinq və Əməliyyatlar departamentinin müdiri Alpaslan Öztaş Milli Marketinq Forumunda (MMF2019) çıxışı zamanı deyib.


A.Öztaş marketinqi isə insan zəkasına oxşadıb. O, həmçinin bildirib ki, marketinq bizim silahımızdır: “Marketinq nə qədər inkişaf edirsə, siz də o qədər inkişaf edirsiniz”.


Marketinq və Əməliyyatlar departamentinin müdiri qeyd edib ki, sağlam bir vücudda bütün sistemlər yaxşı çalışmalıdır.