Britaniyanın reklam və marketinq şirkəti WPP ötən ildən bu yana bazar araşdırma şirkəti “Kantar Group”un böyük bir səhmini alacaq strateji və maliyyə partnyoru axtarışını davam etdirib.


Facemark.az xəbər verir ki, iyun ayında görüşlərə başladığı “Bain Capital” şirkəti ilə nəhayət ki, razılığa gəlib.


“Bain Capital” 4 milyard dollar qarşılığında “Kantar Group”un 60%-lik səhmini alacaq. Vergilər xaricində WPP-nin kassasına daxil olacaq 3,1 milyard dolların 60%-i isə borcların azaldılmasına ayrılacaq. 1,2 milyard dollar isə səhmdarlara veriləcək.