Fransız kommunikasiya holdingi “Publicis Group” 2019-cu ilin 9 ayı və üçüncü rüb ilə bağlı maliyyə nəticələrini elan edib.


Facemark.az xəbər verir ki, şirkətin gəlirləri iyul-sentyabr ayları ərzində ötən ilin anoloji dövrü ilə müqayisədə 2,7% azalıb.


Şirkətin daxili proqnozlarına, əsasən isə cari dövrdə 2,5% düşmə gözlənilirdi. Hesabatda vurğulanır ki, mənfi dinamika bir neçə səbəbə görədir. Birinci növbədə ABŞ-da ənənəvi reklam kanallarını seçən müştəri qruplarının sayı azalır. İkincisi isə, media ilə işin effektivliyi üçüncü rübdə gözləniləndən zəif olub.


Şirkətin zəif maliyyə nəticələri, onları illik proqnozlara yenidən baxmağa məcbur edib. Holdinqdən güman edirlər ki, 2019-cu ildə gəlirlərdə 2,4%-lik azalma gözlənilir.


Qeyd etmək yerinə düşər ki, yanvardan-sentyabradək “Publicis Group”un qlobal gəlirləri 7% artaraq 6,9 milyard avroya çatıb.


Hesabat çərçivəsində 3600 müştəri biznesi təhlil edilib. Şirkətin 9 ayda gəlirlərinin 89%-i məhz onlardan gəlib. Şirkət 2019-cu il üzrə müştərilərinin əsas seqmentini də təqdim edib. Aşağıda buna baxa bilərsiniz.



Ən böyük müştərisi maliyyə seqmentidir ki, müştərilərinin 17%-ni təşkil edir. İkinci yerdə avtomobil sektoru (15%), üçüncü yerdə telekommunikasiya, media və texnologiyadır (13%).