Qısa videoların mübadilə xidməti TikTok rəsmi şəkildə auitoriyası haqqında və reklam qiymətləndirilməsi ilə bağlı məsələləri açmır. Amma bununla belə TikTok-un biznesi ilə bağlı öyrənmək elə də çətin deyil.


Facemark.az xəbər verir ki, jurnalistlər şəbəkənin agentliklərə göndərdiyi məlumatları almağa nail olublar. Buradan belə nəticə çıxır ki, ikinci rübə qədər reklam məhsullarının sayı dörddən beşə qədər böyüyüb:


AdAge nəşri yazır ki, TikTok-un agentliklərə göndərdiyi təqdimatda görünür ki, platforma brendlərə bir sıra reklam məhsulu təqdim edir: Hashtag Challenge, Brand Takeover, In-Feed Video, Branded Lenses və yuxarıda da adını çəkdiyimiz Top View.


Hashtag Challenge markanın nəzarəti altında 6 gün davam edən fleşmobdur. Xidmət reklamverənin bannerini “Maraqlı” səhifəsində yerləşdirir. Sponsorun həştəqini isə ikinci yerə əlavə edir, həmçinin bura brendin musiqisi və pleylisti də daxildir. Belə reklamın qiyməti brendlərə 150 000 dollara başa gələcək.


Bütün ekran prestitial-banneri, Brand Takeover düyməsini bağlayana qədər 3-5 saniyə davam edir. Bu cür reklamın qiyməti günə 50 000 dollardır. CPM (1000 baxışın dəyəri) 10 dollardan hesablanır. Tik-Tok reklamverənlərə 5000 000 baxış vəd edir. Bu cür reklamı video formatda və ya gif/jpg versiyada yerləşdirmək olar.


Üçüncü format isə In-Feed Video-dur. Bu istifadəçilərin lentində çıxan olduqca maksimal “native” reklam növüdür. İstifadəçilər bura layk, şərh yaza, paylaşa bilərlər, orqanik baxış vəd vəd edir. Bütün kampaniyaya görə maksimal qiyməti isə 25 000 dollardır. Bir gün üçün isə 30 000 klik vəd edir.


Növbəti “Branded Lenses” format üçün isə 80 000 dollarda 120 000-dək ödəniş lazımdır. Bu isə 2D VƏ 3D işlərin yerləşdirilməsi deməkdir. Qiymət isə işin çətinliyindən asılı olaraq dəyişir.



Növbəti reklam məhsulu isə Top View adlanır. Faktiki olaraq isə “Brand Takeover”ə oxşayır. Amma burada istifadəçinin lentində yerləşdirilən video 15 saniyə davam edir və eksklüziv məhsul kimi satılır. Bir relamverənin belə elanı bütün gün nümayiş edilir.


Həmçinin xidmətdə “Custom Influencer Package” reklam növü də mövcuddur. Onun qiyməti isə individual olaraq dəyişir və influencerlərin sorğularının nəticələrindən asılıdır.


Qeyd etmək yerinə düşər ki, TikTok-un daxili hesablamasına görə, onun aylıq aktiv auditoriyasının sayı 800 milyon nəfərdir. ABŞ-da aylıq istifadəçi sayı 30 milyonu, Çində isə yarım milyardı keçir.


Xidmətin auditoriyası gənclərdən ibarətdir. 69%-nin yaşı 16-24 arasındadır. 60%-i isə qadın izləyicilər təşkil edir. Bir çox ölkələrdə isə istifadəçilər bu platformada gün ərzində 46 dəqiqə vaxt keçirirlər.